"Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 363
Bakı şəhəri, 31 oktyabr 2014-cü il
"Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə həyata keçirilən uçuşlarda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1345; 2008, № 8, maddə 787; 2009, № 2, maddə 144, № 10, maddə 859) 2-ci hissəsində "5" rəqəmi "2" rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar 2014-cü il 15 noyabr tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
13 ноября 2014, 10:1127 августа 2014, 15:08
Министерства труда и соцзащиты Азербайджана и Турции ведут обмен опытом подробно...
27 августа 2014, 10:08
Технический комитет по метрологии учреждён в Азербайджане подробно...
26 августа 2014, 12:08
Повышены должностные оклады отдельных государственных служащих подробно...
25 августа 2014, 09:08
О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики подробно...
22 августа 2014, 09:08
Практически каждый второй претендент на место в специализированных лицеях был отсеян подробно...
22 августа 2014, 09:08
О дополнительных мерах по строительству автомобильных дорог Рустов-Ханегях-Гюрдех, Рустов-Нойдюн-Шудуг, Рустов-Меджкехадже, Рустов-Бахчалы-Екдар Губинского района подробно...
21 августа 2014, 12:08
Адресная социальная помощь поставлена под online-надзор подробно...
21 августа 2014, 09:08
О мерах по строительству автомобильной дороги Товуз-Хунанлар-Гараханлы-Дюз Джырдахан Товузского района подробно...
20 августа 2014, 16:08
Европейская комиссия готовит конференцию по экологической безопасности Азербайджана подробно...
20 августа 2014, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Нода-Шингедулан-Ханегях Лерикского района подробно...