2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.1-ci maddəsinə əsasən məntəqə seçki komissiyaları səsvermənin yeri və vaxtı haqqında seçiciləri xəbərdar etməlidirlər.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/28 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 2.1-ci bəndinə uyğun olaraq bildirişin mətni, forması, sayı və hazırlanmasına dair tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən azı 40 gün qalmış təsdiq edilməli və müəyyən olunmuş formada və sayda poliqrafiya müəssisəsində hazırlanmalıdır.

Ona görə də seçici, onun ünvanı və səs verəcəyi seçki məntəqəsinin ünvanı haqqında, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildiriş nümunəsi hər bir seçicinin ünvanına çatdırılması üçün respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayı nəzərə alınmaqla (məcburi köçkün statusu almış seçicilər istisna edilməklə), həmin saydan təqribən 3% artıq olmaqla mətbəə üsulu ilə hazırlanması məqsədəmüvafiqdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 104.1-ci maddələrinə və yuxarıda göstərilən Qaydaların 2.1-ci bəndinə əsasən qərara alır:

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni və forması təsdiq edilsin.

2. Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 4 872 705 (dörd milyon səkkiz yüz yetmiş iki min yeddi yüz beş) ədəd müəyyən edilərək mətbəə üsulu ilə hazırlansın. 3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

13 ноября 2014, 09:11

http://www.azertag.net

2391—2400 из 3607

8 февраля 2016, 09:02

О присвоении Ф.Н.Алекберову высшего воинского звания генерал-майора   подробно...

8 февраля 2016, 09:02

Состав Апелляционного совета при Президенте Азербайджанской Республики   подробно...

8 февраля 2016, 09:02

О создании Апелляционного совета при Президенте Азербайджанской Республики   подробно...

8 февраля 2016, 09:02

О создании юридического лица публичного права – Палаты по контролю за финансовыми рынками Азербайджанской Республики   подробно...

2 февраля 2016, 09:02

О награждении медалью «Терегги» сотрудников Государственного комитета Азербайджанской Республики по проблемам семьи, женщин и детей   подробно...

2 февраля 2016, 09:02

Об избрании новых членов комитетов Милли Меджлиса Азербайджанской Республики   подробно...

1 февраля 2016, 09:02

О предоставлении Президентских премий для молодежи за 2016 год   подробно...

1 февраля 2016, 09:02

О награждении сотрудников Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

1 февраля 2016, 09:02

О награждении азербайджанской молодежи «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

29 января 2016, 09:01

О награждении деятелей культуры Азербайджанской Республики   подробно...