“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467) aşağıdakı dəyişikliklər edilsin:
1.27-ci maddəsinin XIII-I hissəsinin birinci abzasında:
1.1.birinci cümlədə “məlumatı” sözündən sonra “, habelə bu Qanunun 27-ci maddəsinin VI-I hissəsində nəzərdə tutulmuş məlumatları” sözləri əlavə edilsin;
1.2.ikinci cümlədə “üç” sözü “bir” sözü ilə əvəz edilsin.
2.50-ci maddədə:
2.1.III hissədə “seçməlidir ki,” sözlərindən sonra “eyni zolaqda özündən” sözləri əlavə edilsin.
2.2.IV hissənin birinci cümləsində “sürücüləri” sözündən sonra “eyni zolaqda” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2014-cü il.
5 ноября 2014, 10:115 мая 2016, 10:05
О мерах по созданию центров «ASAN Kommunal» подробно...
5 мая 2016, 10:05
О мерах по строительству автомобильной дороги Худат- Ялама-Зухулоба Хачмазского района подробно...
5 мая 2016, 10:05
О награждении лиц, отличившихся в организации 7-го Глобального форума Альянса цивилизаций Организации Объединенных Наций подробно...
5 мая 2016, 10:05
Участникам церемонии открытия проекта «Гянджа – молодежная столица Европы 2016 года» подробно...
4 мая 2016, 09:05
О мерах по строительству автомобильной дороги Чапарлы-Кендоба-Джалаир Агсуинского района подробно...
4 мая 2016, 09:05
О мерах по капитальному ремонту многоквартирных зданий в городе Агсу подробно...
4 мая 2016, 09:05
О назначении С.М.Гасымова генеральным консулом Азербайджанской Республики в городе Санкт-Петербург Российской Федерации подробно...
2 мая 2016, 09:05
О Газахском и Загатальском филиалах Азербайджанского государственного педагогического университета подробно...
29 апреля 2016, 10:04
Об отзыве С.М.Гасымова с должности генерального консула Азербайджанской Республики в городе Екатеринбург Российской Федерации подробно...
29 апреля 2016, 10:04
Об отзыве Э.И.Гуламова с должности генерального консула Азербайджанской Республики в городе Санкт-Петербург Российской Федерации подробно...