“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12, maddə 1098; 2012, № 10, maddə 946; 2013, № 11, maddə 1271) 32-ci maddəsinin doqquzuncu hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.birinci cümlədə “məlumatı” sözündən sonra“, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları” sözləri əlavə edilsin;
2.ikinci cümlədə “üç” sözü “bir” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2014-cü il.
5 ноября 2014, 09:1118 ноября 2014, 09:11
Участникам Третьего общереспубликанского форума детей подробно...
17 ноября 2014, 09:11
О мерах по строительству нового здания для полной средней школы номер 20 в Ясамальском районе города Баку подробно...
17 ноября 2014, 09:11
Президенту Государства Палестина Его превосходительству господину Махмуду Аббасу подробно...
17 ноября 2014, 09:11
Участникам IV съезда Общественного объединения «Русская община Азербайджана» подробно...
14 ноября 2014, 09:11
О мерах по строительству Зыхского судоремонтного завода в городе Баку подробно...
12 ноября 2014, 15:11
Азербайджан отмечает День Конституции подробно...
11 ноября 2014, 09:11
О присвоении М.М.Гасанову и И.М.Мамедову почетного звания «Заслуженный инженер» подробно...
11 ноября 2014, 09:11
О награждении медалью «Терегги» группы работников Бакинского метрополитена подробно...
11 ноября 2014, 09:11
О награждении орденом «Шохрат» С.А.Керими подробно...
11 ноября 2014, 09:11
О присвоении Б.А.Агарагимову почетного звания «Заслуженный инженер» подробно...