“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1049 IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1049-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2014-cü il.

5 ноября 2014, 09:11

http://www.azertag.net

801—810 из 3607

4 декабря 2019, 08:12

Распоряжение Президента Азербайджанской Республики О назначении Э.С.Исаева ректором Нахчыванского государственного университета   подробно...

4 декабря 2019, 08:12

Распоряжение Президента Азербайджанской Республики Об освобождении С.Г.Магеррамова от должности ректора Нахчыванского государственного университета   подробно...

3 декабря 2019, 08:12

Распоряжение Президента Азербайджанской Республики О предоставлении Д.Б.Сеидзаде персональной пенсии Президента Азербайджанской Республики   подробно...

3 декабря 2019, 08:12

Распоряжение Президента Азербайджанской Республики О назначении Г.Г.Керимова заведующим отделом законодательства и правовой политики Администрации Президента Азербайджанской Республики   подробно...

3 декабря 2019, 08:12

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению социальной защиты населения   подробно...

3 декабря 2019, 07:12

Постановление Милли Меджлиса Азербайджанской Республики Об обращении к Президенту Азербайджанской Республики в связи с назначением внеочередных выборов в Милли Меджлис Азербайджанской Республики   подробно...

29 ноября 2019, 08:11

Распоряжение Президента Азербайджанской Республики О предоставлении Л.И.Абасову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

29 ноября 2019, 08:11

Распоряжение Президента Азербайджанской Республики Об усилении технического обеспечения обслуживающей инфраструктуры в Шамахинском районе   подробно...

29 ноября 2019, 08:11

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Баку–Шамаха–Евлах (115 км)–Гонагкенд–Хемьяли-Икинджи Чайлы–Икинджи Чабаны–Чабаны Шамахинского района   подробно...

29 ноября 2019, 08:11

Распоряжение Президента Азербайджанской Республики Об усовершенствовании управления системой регулирования и контроля на рынке финансовых услуг   подробно...