“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1048 IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
19-cu bəndini rəhbər tutaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1048-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2014-cü il.
5 ноября 2014, 09:1130 июня 2015, 09:06
О награждении орденом «Достлуг» сотрудников Операционного комитета Европейских игр «Баку 2015», обеспечивших проведение I Европейских игр подробно...
30 июня 2015, 09:06
О награждении «Почетным дипломом Президента Азербайджанской Республики» сотрудников Операционного комитета Европейских игр «Баку 2015» подробно...
30 июня 2015, 09:06
О награждении орденом «Достлуг» председателя Координационной комиссии по Европейским играм «Баку 2015» Спиридона Капралоса подробно...
30 июня 2015, 09:06
О награждении «Почетным дипломом Президента Азербайджанской Республики» членов Исполнительного комитета Европейских Олимпийских комитетов подробно...
30 июня 2015, 09:06
О награждении «Почетным дипломом Президента Азербайджанской Республики» заместителя председателя Координационной комиссии по Европейским играм «Баку-2015» Златко Матесы подробно...
30 июня 2015, 09:06
О награждении «Почетным дипломом Президента Азербайджанской Республики» спортсменов, выступавших на I Европейских играх подробно...
29 июня 2015, 09:06
О награждении орденом «Достлуг» Исмаила Серагельдина подробно...
29 июня 2015, 09:06
О награждении орденом «Достлуг» Вайры Вике-Фрейберги подробно...
25 июня 2015, 09:06
О награждении медалью «Терегги» работников морского транспорта подробно...
25 июня 2015, 09:06
О награждении орденом «Шохрат» Г.Ф.Мираламова подробно...