“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1037-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1037-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2014-cü il.

5 ноября 2014, 09:11

http://www.azertag.net

3561—3570 из 3607

22 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития города Гянджа   подробно...

22 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики О проведении 150-летнего юбилея Али бека Гусейнзаде   подробно...

21 января 2014, 16:01

Государственный таможенный комитет: в Азербайджане практически нет почтовой внешней торговли   подробно...

21 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по усилению пропаганды религиозной культуры, толерантности, межрелигиозного и межкультурного диалога в Азербайджане   подробно...

17 января 2014, 16:01

Германо-азербайджанский форум разработает программу подготовки кадров для аграрного сектора   подробно...

17 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летнего юбилея Ильяса Эфендиева   подробно...

16 января 2014, 17:01

Счётная палата Азербайджана рекомендовала Всемирному банку улучшить закупочные процедуры   подробно...

16 января 2014, 15:01

В Азербайджане 3,4% зарегистрированных предпринимателей имеют налоговые долги   подробно...

16 января 2014, 11:01

Академия наук Азербайджана: Низами Гянджеви имел курдское происхождение   подробно...

15 января 2014, 13:01

Даны поручения по скорейшему составлению плана мероприятий в рамках Года промышленности в Азербайджане   подробно...