“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1028-IVQD nömrəli Qanununun tətbiqi və “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər vəəlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 696-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 17 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1028 IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 696-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 17 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 973; 2010, № 2, maddə 80) 3.1-ci bəndində nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 3.2-ci bəndi ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2014-cü il.

5 ноября 2014, 09:11

http://www.azertag.net

3051—3060 из 3607

2 сентября 2014, 09:09

О награждении орденом «За службу Отечеству» 3-й степени Г.З.Гасанова   подробно...

1 сентября 2014, 09:09

О мерах по строительству автомобильной дороги между поселками Биринджи и Он биринджи Гайыдыш Физулинского района   подробно...

1 сентября 2014, 09:09

О дополнительных мерах по ускорению социально-экономического развития Физулинского района   подробно...

1 сентября 2014, 09:09

О дополнительных мерах по строительству автомобильной дороги Биринджи Шахсевен-Ахмедли-Дуньямалылар Бейляганского района   подробно...

1 сентября 2014, 09:09

О мерах по строительству в Бейляганском районе Олимпийского спортивного комплекса   подробно...

1 сентября 2014, 09:09

О дополнительных мерах по ускорению социально-экономического развития Бейляганского района   подробно...

29 августа 2014, 13:08

В Министерстве образования начались добровольные отставки   подробно...

28 августа 2014, 11:08

Установлено правило государственного финансирования проектов НПО в области культуры   подробно...

28 августа 2014, 09:08

О мерах по реконструкции кольцевой автомобильной дороги Шекерабад-поселок Бабек-Неграм-Аразкенд в Бабекском районе Нахчыванской Автономной Республики   подробно...

28 августа 2014, 09:08

О награждении орденом «Шохрат» Р.Б.Мобили   подробно...