Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1032-IVQD nömrəli Qanununun tətbiqi vəƏtraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1032-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 483; 2003, № 10, maddə 546) 2-ci hissəsinin üçüncü abzasında “71-ci maddəsinin 1-ci hissəsində” sözləri “71-ci maddəsinin 1-ci və 2-ci hissələrində” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2014-cü il.

4 ноября 2014, 09:11

http://www.azertag.net

2461—2470 из 3607

11 января 2016, 09:01

О дополнительных мерах по строительству автомобильной дороги Сарыханлы-Бошчалылар-Джафарли-Алигулулар Имишлинского района   подробно...

7 января 2016, 09:01

О дополнительных мерах по строительству автомобильной дороги Ярдымлы-Хамаркенд-Аббасабад Ярдымлинского района   подробно...

5 января 2016, 09:01

О назначении председателей ряда судов первой инстанции   подробно...

5 января 2016, 09:01

О назначении ряда судей судов первой инстанции и изменении должностей некоторых судей судов первой инстанции   подробно...

5 января 2016, 09:01

О предоставлении персональных пенсий Президента Азербайджанской Республики деятелям культуры Азербайджана   подробно...

5 января 2016, 09:01

О назначении председателей коллегий Верховного суда Азербайджанской Республики   подробно...

5 января 2016, 09:01

О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики   подробно...

5 января 2016, 09:01

О назначении Т.Ш.Махмудова председателем Гянджинского апелляционного суда   подробно...

30 декабря 2015, 09:12

О назначении заместителя председателя и аудиторов Счетной палаты Азербайджанской Республики   подробно...

30 декабря 2015, 09:12

О бюджете Государственного нефтяного фонда Азербайджанской Республики на 2016 год   подробно...