“Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 69; 2003, № 10, maddə 582; 2007, № 6, maddə 601, № 8, maddə 769; 2010, № 10, maddə 857; 2014, № 2, maddə 112, № 5, maddə 477) 2-ci hissəsinin üçüncü abzasında “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2014-cü il.
3 ноября 2014, 09:11
26 мая 2014, 10:05
О присвоении А.Г.Керимову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса подробно...
26 мая 2014, 10:05
О назначении А.Г.Керимова постоянным представителем Азербайджанской Республики при ЮНЕСКО подробно...
23 мая 2014, 13:05
Об исполнении бюджета Государственного нефтяного фонда Азербайджанской Республики на 2013 год подробно...
22 мая 2014, 11:05
Счётная палата проконтролирует мероприятия по защите окружающей среды подробно...
22 мая 2014, 11:05
Допуск к государственной тайне уточняет Азербайджан подробно...
21 мая 2014, 12:05
Фондовые регуляторы Азербайджана и Польши заключили соглашение о сотрудничестве подробно...
20 мая 2014, 17:05
Министерство туризма готовит новый закон «О туризме» подробно...
20 мая 2014, 13:05
Клятва учителя впервые введена в Азербайджане подробно...
20 мая 2014, 13:05
В Азербайджане учителям официально запретили брать подарки и деньги за оказанные образовательные услуги подробно...
19 мая 2014, 16:05
Монетарная инфляция третий месяц ниже потребительской инфляции в Азербайджане подробно...