“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1076-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1076-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2014-cü il.
31 октября 2014, 09:1025 июня 2015, 09:06
О награждении орденом «Шараф» З.А.Самедзаде подробно...
25 июня 2015, 09:06
О награждении военнослужащих и гражданских работников Вооруженных сил Азербайджанской Республики подробно...
25 июня 2015, 09:06
О присвоении Я.А.Гасанову высшего воинского звания генерал-майора юстиции подробно...
25 июня 2015, 09:06
О присвоении высших воинских званий военнослужащим Вооруженных сил Азербайджанской Республики подробно...
25 июня 2015, 09:06
О присвоении почетных званий военнослужащим и гражданским работникам Вооруженных сил Азербайджанской Республики подробно...
25 июня 2015, 09:06
О предоставлении Г.Б.Гулиеву персональной пенсии Президента Азербайджанской Республики подробно...
24 июня 2015, 09:06
О награждении работников машиностроительной промышленности медалью «Терегги» подробно...
23 июня 2015, 09:06
О награждении государственных служащих подробно...
23 июня 2015, 09:06
О присвоении государственным служащим почетного звания «Заслуженный государственный служащий» подробно...
19 июня 2015, 09:06
О присвоении Л.М.Грановской почетного звания «Заслуженный деятель науки» подробно...