“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1051-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1051-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1.Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1.Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2.Müəyyən edilsin ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə bələdiyyə mülkiyyətində olan torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı alğı-satqı və ya icarə müqavilələrinin bağlanmasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən orqan həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2014-cü il.
21 октября 2014, 09:106 марта 2015, 09:03
Поздравление женщинам Азербайджана по случаю 8 Марта – Международного женского дня подробно...
5 марта 2015, 09:03
О награждении медалью «Терегги» группы сотрудников Азербайджанского Общества Красного Полумесяца подробно...
5 марта 2015, 09:03
О награждении орденом «За службу Отечеству» 2-й степени Н.Д.Асланова подробно...
3 марта 2015, 09:03
О дополнительных мерах по усилению государственной поддержки развитию сельского хозяйства подробно...
3 марта 2015, 09:03
О награждении сотрудников, занятых в области работы с молодежью и спорта в Азербайджанской Республике подробно...
3 марта 2015, 09:03
О призыве с 1 по 30 апреля 2015 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
27 февраля 2015, 09:02
О создании Мингячевирского промышленного парка подробно...
27 февраля 2015, 09:02
О создании Мингячевирского парка высоких технологий подробно...
27 февраля 2015, 09:02
О присвоении почетных званий сотрудникам Азербайджанского государственного информационного агентства (АзерТАдж) подробно...
27 февраля 2015, 09:02
О мерах по обеспечению деятельности Мингячевирского промышленного парка подробно...