Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491; 2011, № 11, maddə 995; 2013, № 9, maddə 1048; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 280 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:
“12-1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sistemin elektron məlumatlarından real vaxt rejimində istifadə edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2014-cü il.
20 октября 2014, 09:104 апреля 2014, 16:04
О награждении орденом «Шараф» Ш.Г.Ханбабаева подробно...
4 апреля 2014, 15:04
Введён запрет на любую деятельность в 3 километрах от побережья Каспийского моря подробно...
4 апреля 2014, 11:04
Азербайджан информировал ILO о прогрессе с развитием достойного труда подробно...
4 апреля 2014, 08:04
О проведении 100-летнего юбилея Барат Шекинской подробно...
4 апреля 2014, 08:04
О награждении орденом «Достлуг» А.С.Дзасохова подробно...
3 апреля 2014, 11:04
Счётная палата готова выступить с ежегодным отчётом подробно...
3 апреля 2014, 10:04
Проездной документ для иностранцев и лиц без гражданства введён в Азербайджане для их безвизового въезда в страну подробно...
3 апреля 2014, 10:04
О назначении Э.Д.Сеидова судьей Бакинского суда по тяжким преступлениям подробно...
3 апреля 2014, 10:04
Об утверждении «Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2014-2020 годы» подробно...
3 апреля 2014, 10:04
О дополнительных мерах по строительству автомобильной дороги Алатемир-Марсан-Тасмалы-Зейем-Лелели Гахского района подробно...