“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 845-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 845-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri nəzərdə tutulur.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

21 января 2014, 09:01

http://www.azertag.net

2921—2930 из 3607

18 ноября 2014, 09:11

Участникам Третьего общереспубликанского форума детей   подробно...

17 ноября 2014, 09:11

О мерах по строительству нового здания для полной средней школы номер 20 в Ясамальском районе города Баку   подробно...

17 ноября 2014, 09:11

Президенту Государства Палестина Его превосходительству господину Махмуду Аббасу   подробно...

17 ноября 2014, 09:11

Участникам IV съезда Общественного объединения «Русская община Азербайджана»   подробно...

14 ноября 2014, 09:11

О мерах по строительству Зыхского судоремонтного завода в городе Баку   подробно...

12 ноября 2014, 15:11

Азербайджан отмечает День Конституции   подробно...

11 ноября 2014, 09:11

О присвоении М.М.Гасанову и И.М.Мамедову почетного звания «Заслуженный инженер»   подробно...

11 ноября 2014, 09:11

О награждении медалью «Терегги» группы работников Бакинского метрополитена   подробно...

11 ноября 2014, 09:11

О награждении орденом «Шохрат» С.А.Керими   подробно...

11 ноября 2014, 09:11

О присвоении Б.А.Агарагимову почетного звания «Заслуженный инженер»   подробно...