"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4 noyabr tarixli 254 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 318

Bakı şəhəri, 1 oktyabr 2014-cü il

"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və  respublika  səviyyəli  tədbirlərin  keçirilməsi,  habelə  xarici ölkələrin  nümayəndə  heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün  dövlət büdcəsində  vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"nın  təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin  2008-ci il 4 noyabr tarixli 254 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanının 2.1-ci və 2.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4 noyabr tarixli 254 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1035) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, preambulada, 1-ci və 2-ci hissələrdə "respublika səviyyəli" sözləri "ölkə səviyyəli" sözləri ilə əvəz edilsin.

2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

"3. Müəyyən edilsin ki:

3.1. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalar ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman, beynəlxalq gənclər tədbirlərinin keçirilməsinə şamil olunmur;

3.2. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalarla müəyyən edilmiş xərc normaları bu qərarın 3.1-ci bəndində göstərilənlər istisna olmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların dövlət büdcəsi üzrə xərclərində nəzərdə tutulan təxsisatlar çərçivəsində keçirilən beynəlxalq və ölkə səviyyəli tədbirlərə də tətbiq olunur;

3.3. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalar dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə də şamil olunur.".

3. Həmin qərarla təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları" üzrə:

3.1. adında, preambulada, 2-ci hissənin adında, 2.2-ci bənddə, 3-cü hissənin adında, 3.1-ci, 3.3-cü, 3.5-ci, 3.6-cı və 3.8-ci bəndlərdə "respublika səviyyəli" sözləri "ölkə səviyyəli" sözləri ilə əvəz edilsin;

3.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

"1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı öhdəliklərin götürülməsi

1.1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı öhdəliklərin götürülməsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.";

3.3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi üçün tələb olunan vəsaitlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın 2.5-ci bəndinə uyğun olaraq növbəti il üçün dövlət büdcəsində ayrıca sətirdə nəzərdə tutulur.";

3.4. Qaydalara əlavə - "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərc normaları" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının  Baş naziri  Artur Rasi-zadə

 Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 1 oktyabr tarixli 318 nömrəli qərarı ilə təsdiq edilmişdir

"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi,  habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və  xərclənməsi Qaydaları"na əlavə

Dövlət  büdcəsindən maliyyələşən təşkilatlar  tərəfindən beynəlxalq  və  ölkə  səviyyəli  tədbirlərin  keçirilməsi,  habelə  xarici  ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərc normaları

 

Sıra №-si

Xərclər

Xərc normaları

1. Mehmanxana xərcləri (1 nəfər üçün)

1.1.

nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün

 

faktiki xərclərə görə ("lyuks" kateqoriyalı nömrənin qiymətindən yuxarı olmamaq şərtilə)

1.2.

nümayəndə heyətinin üzvləri üçün

faktiki xərclərə görə ("standart" kateqoriyalı nömrənin qiymətindən yuxarı olmamaq şərtilə)

2. Yemək xərcləri (1 nəfər üçün)

2.1.

nahar yeməyi

40 manata qədər

2.2.

şam yeməyi

60 manata qədər

2.3.

ziyafət (2 dəfədən artıq olmamaq şərtilə)

80 manata qədər

2.4.

danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi

10 manata qədər

3. Dəftərxana xərcləri (1 nəfər üçün)

3.1.

nümayəndə heyətinin rəhbəri üçün

60 manata qədər

3.2.

nümayəndə heyətinin üzvləri üçün

30 manata qədər

 

 

 

4. Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri (1 nəfər üçün)

4.1.

nümayəndə heyətinin rəhbəri üçün

100 manata qədər

4.2.

nümayəndə heyətinin üzvləri üçün

50 manata qədər

 

Qeydlər:

1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi zamanı Azərbaycan Respublikası tərəfindən tədbirdə iştirak edən şəxslər üçün bu xərc normaları (1-ci və 4-cü hissələri  istisna olmaqla) tətbiq edilir.

2. Xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar nahar, şam yeməyi, habelə ziyafət verilməsi zamanı Azərbaycan Respublikası tərəfindən iştirakçıların sayı xarici nümayəndə heyəti üzvlərinin sayından çox olmamalıdır.

3. Mehmanxanalarda kateqoriyalar üzrə nömrələrin kirayə xərcləri xarici nümayəndə heyətlərinin və ayrı-ayrı rəsmi şəxslərin qəbul edildiyi şəhərin mehmanxanalarında qüvvədə olan tariflərə uyğun olaraq müvafiq təsdiqedici sənədlər əsasında ödənilir. Xarici ölkələrdən gələn qonaq yüksəkvəzifəli şəxs (qorunan şəxs) olduqda, qonağın yaşadığı mehmanxanada mühafizə məqsədi ilə Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən təhkim olunmuş əməkdaşlar üçün otaqların kirayə haqqı təqdim edilən hesab əsasında ödənilir.

4. Mehmanxanalarda yerlər nümayəndə heyətini və ayrı-ayrı rəsmi şəxsləri qəbul edən təşkilatın tələbnaməsinə əsasən bronlaşdırılır.

5. Tərcümə xidmətlərinin ödənişi:

5.1. xarici ölkələrin nümayəndə heyətlərinə və ayrı-ayrı rəsmi şəxslərə tərcümə xidməti xərcləri tərcümə xidməti göstərən hüquqi və ya fiziki şəxslərlə real bazar qiymətlərinə uyğun olaraq bağlanmış müqavilə və müvafiq təsdiqedici sənədlər əsasında ödənilir;

5.2. xarici ölkələrin nümayəndə heyəti üzvlərinin sayı 5 nəfərdən çox olduqda, nümayəndə heyətinə xidmət göstərən tərcüməçilərin və müşayiət edən şəxslərin sayı 5 nəfərdən az olmayan hər nümayəndə heyəti üçün 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxs hesabı ilə müəyyən edilir;

5.3. xarici nümayəndə heyətinin say tərkibindən asılı olmayaraq, nümayəndə heyətinə (nümayəndəsinə) tərcümə xidmətinə görə 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxsin təyin edilməsi onların ayrı-ayrı dil qruplarına mənsub olması zamanı tətbiq edilir.

6. Xarici ölkələrin nümayəndə heyətlərinə və ayrı-ayrı rəsmi şəxslərə avtomobil nəqliyyatı xidməti xərcləri nəqliyyat xidməti göstərən və ya nəqliyyat vasitələrinin icarəsini təklif edən müəssisələrlə real bazar qiymətlərinə uyğun bağlanmış müqavilə əsasında saat hesabı ilə aşağıdakı qaydada ödənilir:

6.1. xərc normalarının 1.1-ci bəndində göstərilən şəxslər üçün banı "Sedan" tipli minik avtomobili ilə 1 gündə 12 saata qədər (tədbir keçirilən müddətdə respublikanın regionlarına səfər etmək zərurəti yarandıqda, habelə ölkənin beynəlxalq hava limanlarında uçuşların vaxt qrafiki nəzərə alınmaqla, daha artıq müddətə);

6.2. nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərə qədər olduqda, nümayəndə heyətinin hər 3 üzvünə banı "Sedan" tipli 1 ədəd minik avtomobili ilə 1 gündə  10 saata qədər;

6.3. nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərdən çox olduqda, üzvlərin sayından  asılı olaraq müvafiq tipli avtobusla 1 gündə 10 saata qədər.

9 октября 2014, 15:10

http://cabmin.gov.az/

2101—2110 из 3607

19 сентября 2016, 09:09

О государственной поддержке развития шелководства в Азербайджанской Республике   подробно...

19 сентября 2016, 09:09

О дополнительных мерах по развитию туризма в Азербайджанской Республике   подробно...

19 сентября 2016, 09:09

О предоставлении Президентской стипендии студентам, поступившим в высшие учебные заведения Азербайджанской Республики в 2016/2017 учебном году   подробно...

19 сентября 2016, 09:09

Об освобождении Х.А.Мамедова от должности ректора Азербайджанского технического университета   подробно...

8 сентября 2016, 10:09

О проведении в 2019 году переписи населения в Азербайджанской Республике   подробно...

8 сентября 2016, 10:09

О назначении Г.Д.Османова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Молдова   подробно...

8 сентября 2016, 10:09

О назначении Р.М.Гасанова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Федеративной Республике Германия   подробно...

8 сентября 2016, 10:09

О награждении Г.А.Микеладзе орденом «Шохрат»   подробно...

8 сентября 2016, 10:09

О мерах по строительству здания новой общеобразовательной школы в городе Сальян   подробно...

8 сентября 2016, 10:09

О награждении А.А.Намазовой «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...