"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 311
Bakı şəhəri, 26 sentyabr 2014-cü il
"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 51) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissədə "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş "Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları" üzrə:
2.1. adında "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin;
2.2. 1 nömrəli cədvəlin adında "Respublika" sözü "Ölkə" sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
30 сентября 2014, 09:09
30 апреля 2014, 16:04
Отданы приказы по усилению боеспособности и дисциплины в частях и соединениях Вооружённых сил Азербайджана подробно...
30 апреля 2014, 13:04
Министерство налогов Азербайджана предупредило пользователей системы электронной торговли подробно...
29 апреля 2014, 16:04
Страховые брокеры должны страховать свою профессиональную ответственность на сумму до 1 млн. манатов подробно...
29 апреля 2014, 16:04
Презентованы первичные работы по созданию археологического парка Гёйтепе подробно...
29 апреля 2014, 10:04
Азербайджан будет использовать южные регионы для развития культурного туризма подробно...
29 апреля 2014, 10:04
Министр финансов Азербайджана утвердил процедуры консолидации страховых компаний подробно...
28 апреля 2014, 17:04
Счётная палата проверит Holcim подробно...
28 апреля 2014, 16:04
Глава МИД Азербайджана примет участие в заседании Вышеградской четвёрки подробно...
28 апреля 2014, 14:04
В Азербайджане объявлен повторный инвестиционный конкурс на акции переработчика хлопка в Билясуваре подробно...
28 апреля 2014, 12:04
Латвия и Германия помогут создать в Азербайджане частные пенсионные фонды подробно...