“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanını Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 161; 2011, № 6, maddə 509; 2013, № 9, maddə 1047) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissə üzrə:
1.1.3.1-ci və 3.2-ci bəndlərdə “fərdi icazələrin verilməsi” sözləri “iş icazələrinin verilməsi (müddətinin uzadılması)” sözləri ilə əvəz edilsin;
1.2.3.3-cü bəndə “icazələrin verilməsi” sözlərindən sonra “(müddətinin uzadılması)” sözləri əlavə edilsin;
2.5-ci hissə ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2014-cü il.
12 сентября 2014, 09:094 марта 2014, 17:03
Министерство финансов Азербайджана выдало первые лицензии страховым компаниям по оказанию услуг перестрахования подробно...
4 марта 2014, 16:03
Омбудсмен выступила за увеличение числа женщин-полицейских и возврат детских садов Министерству образования подробно...
4 марта 2014, 11:03
Министерство транспорта Азербайджана отберёт столичные маршруты у предпринимателей-нарушителей подробно...
4 марта 2014, 09:03
О дополнительных мерах по развитию предпринимательства подробно...
3 марта 2014, 11:03
В Азербайджане утверждены коэффициенты для зонирования территорий подробно...
3 марта 2014, 09:03
О проведении 100-летнего юбилея Алиша Лемберанского подробно...
3 марта 2014, 09:03
О награждении Р.М.Сейфуллаева орденом «Шохрат» подробно...
3 марта 2014, 09:03
Об освобождении К.М.Абдуллаева от должности ректора Бакинского славянского университета- подробно...
28 февраля 2014, 14:02
Министр образования: основные проблемы дошкольного образования в Азербайджане – содержание, воспитатели и инфраструктура подробно...
28 февраля 2014, 16:02
Министерство финансов: внешний государственный долг Азербайджана к началу 2014 года не превышал 8,2% ВВП подробно...