Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:

1. 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2014-cü il.

11 сентября 2014, 09:09

http://www.azertag.net

2841—2850 из 3607

8 января 2015, 09:01

О награждении орденом «Шохрат» А.Д.Ахмедзаде   подробно...

7 января 2015, 09:01

О награждении орденом «Шохрат» А.Г.Шарифова   подробно...

7 января 2015, 09:01

О дополнительных мерах по улучшению обеспечения населения экологически чистой водой   подробно...

30 декабря 2014, 09:12

О награждении орденом «Шохрат» А.Н.Алыева   подробно...

30 декабря 2014, 09:12

О помиловании ряда осужденных лиц   подробно...

30 декабря 2014, 09:12

О награждении О.С.Асадова орденом «Шараф»   подробно...

22 декабря 2014, 09:12

О предоставлении персональных пенсий Президента Азербайджанской Республики   подробно...

22 декабря 2014, 09:12

О присвоении почетных званий спортивным специалистам Азербайджанской Республики   подробно...

22 декабря 2014, 09:12

О мерах по строительству автомобильной дороги Гусарчай-Пиргулуоба-Ени Хаят Хачмазского района   подробно...

22 декабря 2014, 09:12

Участникам Первого съезда азербайджанских ученых   подробно...