Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə
ƏSASNAMƏ
1.Ümumi müddəalar
1.1. Bu Əsasnamə “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə hazırlanmışdır və fərdi identifikasiya kartının verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi qaydalarını müəyyən edir.
1.2. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının (bundan sonra – vətəndaş) fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəddir. Fərdi identifikasiya kartından həmçinin vətəndaşın elektron sağlamlıq kartı kimi istifadə olunur.
2. Fərdi identifikasiya kartının verilməsi, dəyişdirilməsi, məlumatların fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi
2.1. Vətəndaşın fərdi identifikasiya kartı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra-qeydiyyat şöbəsi) tərəfindən “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
2.2. Fərdi identifikasiya kartının alınması üçün vətəndaşın valideyni, vətəndaşı övladlığa götürən, vətəndaşın qəyyumu və ya himayəçisi (bundan sonra - qanuni nümayəndə) uşağın doğulduğu gündən ən geci 1 ay müddətində ərizə ilə qeydiyyat şöbəsinə, yaxud rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətinin nümayəndəliyinə (bundan sonra – icra hakimiyyəti nümayəndəliyi) və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna (bundan sonra – konsulluq) müraciət etməlidir.
2.3. İcra hakimiyyəti nümayəndəliyinin və ya konsulluğun məsul əməkdaşı qanuni nümayəndədən sənədləri qəbul edir, ərizə-anketin düzgün doldurulmasını yoxlayır və imzası ilə təsdiq edərək, ən geci 1 iş günü müddətində qeydiyyat şöbəsinə təqdim edir (göndərir).
2.4. Vətəndaşa ilk dəfə fərdi identifikasiya kartının doğum haqqında şəhadətnamə ilə birlikdə verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
2.4.1. bu Əsasnamənin əlavəsində göstərilmiş formaya uyğun tərtib edilən 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına fərdi identifikasiya kartının verilməsi (dəyişdirilməsi) haqqında ərizə-anket;
2.4.2. vətəndaşın qanuni nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd;
2.4.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
2.4.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
2.4.5. vətəndaşın valideynlərinin doğum haqqında şəhadətnamələri;
2.4.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd;
2.4.7. dövlət rüsumunun ödənilməsi barədə sənəd (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda).
2.5. 2015-ci il dekabrın 1-dək doğum haqqında şəhadətnamə almış 15 yaşı tamam olmamış vətəndaşa ilk dəfə fərdi identifikasiya kartının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
2.5.1. vətəndaşın qanuni nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd;
2.5.2.vətəndaşın doğum haqqında şəhadətnaməsi;
2.5.3. vətəndaşın qan qrupu haqqında tibbi arayış;
2.5.4. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd;
2.5.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda).
2.6. 2015-ci il dekabrın 1-dək şəxsiyyət vəsiqəsi almış 15 yaşı tamam olmamış vətəndaşa ilk dəfə fərdi identifikasiya kartının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
2.6.1. vətəndaşın qanuni nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd;
2.6.2. vətəndaşın şəxsiyyət vəsiqəsi;
2.6.3. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd;
2.6.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda).
2.7. Qeydiyyat şöbəsinin məsul əməkdaşı qanuni nümayəndədən, yaxud icra hakimiyyəti nümayəndəliyindən və ya konsulluqdan daxil olan sənədləri qəbul edib, ərizə-anketin düzgün doldurulmasını yoxlayır. Ərizə-anketdəki məlumatlar əlavə sənəd tələb edilmədən “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində (bundan sonra - informasiya sistemi) toplanılan məlumatlar əsasında yoxlanılır.
2.8. Ərizə-anketdəki hər hansı məlumatın informasiya sistemində toplanılan məlumatlar əsasında yoxlanılması mümkün olmadıqda, müvafiq məlumat informasiya sistemi vasitəsilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə (bundan sonra - İAMAS), Vahid Miqrasiya Məlumat Sisteminə ötürülür və həmin sistemlər tərəfindən zəruri məlumatlar müəyyən edilərək informasiya sisteminə təqdim edilir.
2.9. Şəxsin valideynlərinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, qeydiyyat şöbəsi onun ərizə-anketindəki məlumatları araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 20 gün müddətində məlumatları araşdıraraq, şəxsin doğum tarixində valideynlərinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti barədə qeydiyyat şöbəsinə yazılı cavab verir. Şəxsin valideynləri və ya onlardan biri Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, bu Əsasnamə ilə müəyyən edilmiş qaydada fərdi identifikasiya kartı verilir (kartın verilməsinə görə bu Əsasnamənin 2.14-cü bəndində müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu qeydiyyat şöbəsinə daxil olduğu andan hesablanır).
2.10. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaqlara da bu Əsasnamə ilə müəyyən edilmiş qaydada fərdi identifikasiya kartı verilir.
2.11. Qeydiyyat şöbəsinin məsul əməkdaşı ərizə-anketdəki məlumatları yoxladıqdan və onların düzgünlüyünü ərizə-anketdə öz imzası ilə təsdiq etdikdən dərhal sonra həmin məlumatları informasiya sisteminə daxil edərək, kartın hazırlanması üçün elektron qaydada aidiyyəti regional ədliyyə şöbəsinə, Bakı şəhərində Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə ötürür. İnformasiya sisteminə daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq olunur.
2.12. Regional ədliyyə şöbəsi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti və ya Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsindən ona ötürülən məlumatlar əsasında hazırlanmış fərdi identifikasiya kartının üzərində və onun elektron daşıyıcısında vətəndaşla bağlı fərdi məlumatların yerləşdirilməsini (bundan sonra - kartın fərdiləşdirilməsi) həyata keçirir və qapalı zərfdə aidiyyəti üzrə qeydiyyat şöbəsinə, yaxud icra hakimiyyəti nümayəndəliyinə və ya konsulluğa göndərir.
2.13. Bu Əsasnamənin 2.12-ci bəndinə uyğun olaraq, kart qeydiyyat şöbəsinə, yaxud icra hakimiyyəti nümayəndəliyinə və ya konsulluğa daxil olduqdan sonra müraciət edən şəxsə təqdim olunur. Müraciət edən şəxs kartın təhvil alınmasını və kartın istifadəsinə dair ona izah verilməsini imzası ilə təsdiq edir. Bu zaman müraciət edən şəxs kartın alınması üçün müraciət etdiyi və kartın ona təqdim olunduğu tarixləri göstərir.
2.14. Fərdi identifikasiya kartı ərizə-anket və digər sənədlər qeydiyyat şöbəsinə daxil olduqdan sonra ən geci 5 iş günü müddətində verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda fərdi identifikasiya kartı vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq sənədlər qeydiyyat şöbəsinə daxil olduğu gündən 3 və ya 1 iş günü müddətində verilir və ya dəyişdirilir.
2.15. Fərdi identifikasiya kartının üzərində vətəndaşın soyadı, adı, atasının adı, cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, kartın nömrəsi və etibarlılıq müddəti, habelə onun valideynlərinin soyadı, adı, atasının adı göstərilir.
2.16. Fərdi identifikasiya kartına elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcı (çip) dəyişdirilməyən və dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardan ibarətdir. Həmin məlumatlar isə bu Əsasnamənin 2.23-cü və 2.24-cü bəndlərinə uyğun olaraq oxunuş üçün açıq və bağlı məlumatlara bölünür.
2.17. Fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) aşağıdakı məlumatlar daxil edilir:
2.17.1. bu Əsasnamənin 2.15-ci bəndində göstərilən məlumatlar;
2.17.2. vətəndaşın soyadı, adı, atasının adı dəyişilibsə, əvvəlki soyadı, adı, atasının adı;
2.17.3. vətəndaşın yaşayış yeri;
2.17.4. vətəndaşın valideynlərinin milliyyəti;
2.17.5. vətəndaşın valideynlərinin, valideyn himayəsindən məhrumdursa onu övladlığa götürənin, himayəçisinin və ya qəyyumunun soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və əlaqə məlumatları (ünvanı, elektron poçt ünvanı, telefon nömrələri);
2.17.6. vətəndaşın doğum haqqında akt qeydinin nömrəsi və tarixi;
2.17.7. fərdi identifikasiya kartını verən qeydiyyat şöbəsinin adı və kartın verilmə (fərdiləşdirilmə) tarixi və vaxtı;
2.17.8. vətəndaşın elektron sağlamlıq kartı üzrə məlumatlar;
2.17.9. fərdiləşdirmə sisteminin seriya nömrəsi.
2.18. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartında bu Əsasnamənin 2.15-ci və 2.17-ci bəndlərində nəzərdə tutulan məlumatlardan əlavə vətəndaşın fotoşəkli də yerləşdirilir.
2.19. Vətəndaşın fotoşəklinin çəkilməsi fərdi identifikasiya kartını verən orqanda həyata keçirilir.
2.20. Qeydiyyat şöbəsinin, yaxud icra hakimiyyəti nümayəndəliyinin və ya konsulluğun iş qrafiki haqqında məlumatlar, fərdi identifikasiya kartının verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında, eləcə də qeydiyyat şöbəsinin, icra hakimiyyəti nümayəndəliyinin və konsulluğun binaları qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir.
2.21. Fərdi identifikasiya kartı verilərkən və ya dəyişdirilərkən bu Əsasnamənin 2.17-ci bəndində nəzərdə tutulmuş məlumatları elektron daşıyıcıya (çipə) fərdi identifikasiya kartını verən orqan daxil edir. Fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) daxil edilmiş məlumatlarda dəyişikliklər bu Əsasnamənin 2.22-ci və 2.30-cu bəndlərinə uyğun olaraq həyata keçirilir.
2.22. Fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) daxil edilən, bu Əsasnamənin 2.17.1, 2.17.2, 2.17.4, 2.17.6, 2.17.7 və 2.17.9-cu yarımbəndlərində nəzərdə tutulan məlumatlar dəyişdirilməyən, 2.17.3, 2.17.5 və 2.17.8-ci yarımbəndlərində nəzərdə tutulan məlumatlar isə bu Əsasnamənin 2.30-cu bəndində göstərilən dövlət orqanları və tibb müəssisələri tərəfindən dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardır.
2.23. Fiziki və hüquqi şəxslər üçün bu Əsasnamənin 2.17.1, 2.17.3 - 2.17.8-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların oxunuşu açıq, 2.17.2 və 2.17.9-cu yarımbəndlərində nəzərdə tutulmuş məlumatların oxunuşu isə bağlıdır.
2.24. Dövlət orqanları, habelə notariuslar üçün bu Əsasnamənin 2.17-ci bəndində nəzərdə tutulmuş bütün məlumatların oxunuşu açıqdır.
2.25. Fərdi identifikasiya kartı vətəndaşın 5 yaşı tamam olanadək etibarlıdır. Vətəndaşın 5 yaşı tamam olduqda, yaxud kartın üzərində və ya elektron daşıyıcısında (çipində) əks olunan məlumatlar dəyişdikdə, eləcə də bu məlumatlarda səhv aşkar edildikdə və ya kart, yaxud onun elektron daşıyıcısı (çipi) yararsız hala düşdükdə, vətəndaşın qanuni nümayəndəsi fərdi identifikasiya kartının üzərində və ya onun elektron daşıyıcısında (çipində) olan məlumatların dəyişdirilməsi üçün bir ay müddətində qeydiyyat şöbəsinə, yaxud icra hakimiyyəti nümayəndəliyinə və ya konsulluğa müraciət etməlidir. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.
2.26. Vətəndaşın 5 yaşı tamam olması, yaxud kartın üzərində əks olunan məlumatların dəyişməsi, eləcə də bu məlumatlarda səhvin aşkar edilməsi və ya kartın, yaxud onun elektron daşıyıcısının (çipinin) yararsız hala düşməsi ilə əlaqədar fərdi identifikasiya kartı dəyişdirilərkən, bu Əsasnamənin 2.1, 2.3, 2.7, 2.8, 2.11-2.19, 2.21-2.25, 2.27 və 2.28-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur və yalnız aşağıdakılar tələb edilir:
2.26.1. bu Əsasnamənin əlavəsində göstərilmiş formaya uyğun tərtib edilən 15 yaşı tamam olmamış vətəndaşlara Azərbaycan Respublikasının vətəndaşına fərdi identifikasiya kartının verilməsi (dəyişdirilməsi) haqqında ərizə-anket;
2.26.2. vətəndaşın qanuni nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənəd;
2.26.3. vətəndaşın fərdi identifikasiya kartı;
2.26.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda).
2.27. Fərdi identifikasiya kartının üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin kart qeydiyyat şöbəsinə daxil olduğu gündən 1 gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
2.28. Kartın itirilməsi və ya oğurlanması halları istisna olmaqla, vətəndaş yeni fərdi identifikasiya kartını alarkən, köhnə fərdi identifikasiya kartını təhvil verməlidir.
2.29. Fərdi identifikasiya kartının üzərində göstərilən məlumatlarda düzəliş edilməsi zərurəti yarandıqda, həmin kart bu Əsasnamənin 2.14-cü və 2.27-ci bəndlərində göstərilən müddətdə, kartın elektron daşıyıcısına (çipinə) daxil edilmiş məlumatlarda düzəliş edilməsi zərurəti yarandıqda isə kart bu Əsasnamənin 2.30-cu bəndində göstərilən orqana və ya tibb müəssisəsinə təqdim edildikdən sonra ən geci 30 dəqiqə ərzində bu məlumatlar dəyişdirilir.
2.30. Fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) daxil edilmiş məlumatlarda dəyişiklikləri müvafiq dövlət informasiya resursları vasitəsilə elektron qaydada aşağıdakı dövlət orqanları və tibb müəssisələri edirlər:
2.30.1. vətəndaşın yaşayış yeri barədə məlumatda – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.30.2. vətəndaşın elektron sağlamlıq kartı üzrə məlumatlarda – dövlət mülkiyyətində olan uşaq poliklinikaları;
2.30.3. digər məlumatlarda – qeydiyyat şöbəsi.
2.31. Fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) vətəndaş haqqında daxil edilmiş məlumatların düzgünlüyünün vətəndaşın və ya onun qanuni nümayəndəsinin ödənişsiz olaraq elektron avadanlıqdan istifadə etməklə yoxlanılması qeydiyyat şöbəsində təmin olunur.
2.32. Qeydiyyat şöbəsində vətəndaşa və ya onun qanuni nümayəndəsinə fərdi identifikasiya kartının elektron daşıyıcısında (çipində) vətəndaş barəsində toplanılmış məlumatların məzmunu ilə tanış olmaq, fərdi məlumatların dəqiqləşdirilməsini və mühafizəsini tələb etmək və qanunvericiliklə müəyyən olunmuş digər hüquqlardan istifadə etmək imkanları yaradılır.
3. Fərdi identifikasiya kartının itirilməsi və ya oğurlanması
3.1. Fərdi identifikasiya kartı itirildikdə, vətəndaşın qanuni nümayəndəsi kartın harada, nə vaxt və hansı şəraitdə itirildiyini göstərməklə, aidiyyəti üzrə qeydiyyat şöbəsinə, yaxud icra hakimiyyəti nümayəndəliyinə və ya konsulluğa yazılı müraciət etməlidir.
3.2. Fərdi identifikasiya kartının itirildiyini bildirən qanuni nümayəndə həmin kartı taparsa, tapılmış fərdi identifikasiya kartı dərhal qeydiyyat şöbəsinə, yaxud icra hakimiyyəti nümayəndəliyinə və ya konsulluğa təhvil verilməlidir. İcra hakimiyyəti nümayəndəliyi və ya konsulluq təhvil verilən fərdi identifikasiya kartlarını ən geci 3 gün müddətində aidiyyəti üzrə qeydiyyat şöbəsinə göndərir.
3.3. Yazılı müraciət qeydiyyat şöbəsinə daxil olduqdan sonra itirilmiş fərdi identifikasiya kartı barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür. İtirilmiş kart barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edildikdən sonra həmin sənəd qüvvədən düşmüş hesab edilir və informasiya sistemində aktiv statusu dəyişdirilir. Fərdi identifikasiya kartının verilməsi haqqında ərizə-anket doldurulduqdan sonra bu Əsasnamənin 2.26-cı bəndi ilə müəyyən edilmiş qaydada vətəndaşa yeni fərdi identifikasiya kartı verilir.
3.4. Fərdi identifikasiya kartı oğurlandıqda, vətəndaşın qanuni nümayəndəsi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında vətəndaşın qanuni nümayəndəsinə arayış verilir və bu arayış oğurlanmış fərdi identifikasiya kartının qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyat aparılması və bunun əsasında vətəndaşa yeni fərdi identifikasiya kartının verilməsi üçün əsas hesab edilir.
4. Fərdi identifikasiya kartının müvəqqəti alınması
4.1. Barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilən vətəndaşlardan fərdi identifikasiya kartı təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları, cəzanı icra edən orqanlar və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda, fərdi identifikasiya kartı dərhal sahibinə və ya onun qanuni nümayəndəsinə qaytarılır.
4.2. Bu Əsasnamənin 4.1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi identifikasiya kartının alınması və ya girov götürülməsi qadağandır.
5. Fərdi identifikasiya kartının təhvil verilməsi və qüvvədən
düşmüş hesab edilməsi
5.1. Vətəndaşın 15 yaşı tamam olduqda, fərdi identifikasiya kartı vətəndaşın şəxsiyyət vəsiqəsini verən orqana təhvil verilir və həmin orqan vətəndaşa şəxsiyyət vəsiqəsini verdikdən sonra fərdi identifikasiya kartını onu vermiş orqana göndərir.
5.2. Vətəndaş öldükdə, onun fərdi identifikasiya kartı qeydiyyat şöbəsinə təhvil verilir.
5.3. Bu Əsasnamənin 2.25-ci bəndində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş fərdi identifikasiya kartını dəyişdirmədikdə, fərdi identifikasiya kartı qüvvədən düşmüş hesab edilir. Qüvvədən düşmüş hesab edilən fərdi identifikasiya kartı istifadədən çıxarılmalı, həmin sənədə dair məlumatlar informasiya sistemi vasitəsilə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülməli, informasiya sistemində onun aktiv statusu dəyişdirilməlidir.
11 сентября 2014, 09:0928 декабря 2013, 09:12
Обращение Милли Меджлиса Азербайджанской Республики по случаю Дня солидарности азербайджанцев мира подробно...
28 декабря 2013, 09:12
Об укреплении материально-технической базы Национального Паралимпийского Комитета Азербайджанской Республики подробно...
27 декабря 2013, 09:12
О дополнительных мерах по улучшению экологической ситуации, охране и использованию озера Беюкшор подробно...
26 декабря 2013, 09:12
О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики подробно...
26 декабря 2013, 09:12
О присвоении М.А.Велиеву воинского звания генерал-лейтенанта подробно...
26 декабря 2013, 09:12
О присвоении И.А.Алекберову воинского звания генерал-лейтенанта подробно...
26 декабря 2013, 09:12
О присвоении А.И.Юсифову воинского звания генерал-майора подробно...
26 декабря 2013, 09:12
О присвоении Б.Г.Эйюбову воинского звания генерал-полковника подробно...
26 декабря 2013, 09:12
О дополнительной поддержке обеспечения производителей сельскохозяйственной продукции сельскохозяйственной техникой подробно...
24 декабря 2013, 09:12
О внесении изменений в Распоряжение Президента Азербайджанской Республики от 2 июля 2012 года номер 2320 «Об учреждении пенсии Президента Азербайджанской Республики для участников Великой Отечественной войны 1941-1945 годов» подробно...