“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədəƏsasnamə”nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun 1.4-cü maddəsinə əsasən qərara alıram:

1. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının 2015-ci il dekabrın 1-dən verilməsini təmin etsin;

2.2. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının hazırlanması və müvafiq texniki vasitələrin alınması ilə bağlı maliyyələşdirmə məsələlərinin həlli məqsədi ilə zəruri tədbirlər görülməsini təmin etsin;

2.3. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərinin icrasının gedişi barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin etsin.

4. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamə 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 sentyabr 2014-cü il.

 

11 сентября 2014, 09:09

http://www.azertag.net

2841—2850 из 3607

8 января 2015, 09:01

О награждении орденом «Шохрат» А.Д.Ахмедзаде   подробно...

7 января 2015, 09:01

О награждении орденом «Шохрат» А.Г.Шарифова   подробно...

7 января 2015, 09:01

О дополнительных мерах по улучшению обеспечения населения экологически чистой водой   подробно...

30 декабря 2014, 09:12

О награждении орденом «Шохрат» А.Н.Алыева   подробно...

30 декабря 2014, 09:12

О помиловании ряда осужденных лиц   подробно...

30 декабря 2014, 09:12

О награждении О.С.Асадова орденом «Шараф»   подробно...

22 декабря 2014, 09:12

О предоставлении персональных пенсий Президента Азербайджанской Республики   подробно...

22 декабря 2014, 09:12

О присвоении почетных званий спортивным специалистам Азербайджанской Республики   подробно...

22 декабря 2014, 09:12

О мерах по строительству автомобильной дороги Гусарчай-Пиргулуоба-Ени Хаят Хачмазского района   подробно...

22 декабря 2014, 09:12

Участникам Первого съезда азербайджанских ученых   подробно...