“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 838-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 838-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

21 января 2014, 09:01

http://www.azertag.net

3091—3100 из 3607

11 августа 2014, 15:08

Азербайджан утвердил список телесных повреждений для исполнения закона об обязательном страховании   подробно...

11 августа 2014, 13:08

О некоторых мерах, связанных с проведением I Европейских игр   подробно...

11 августа 2014, 13:08

О проведении 100-летнего юбилея С.Г.Рагимова   подробно...

8 августа 2014, 09:08

О мерах по строительству автомобильной дороги Гузанлы-Учоглан-Хындырыстан-Сафарли Агдамского района   подробно...

6 августа 2014, 09:08

О присвоении высших специальных званий сотрудникам Прокуратуры Азербайджанской Республики   подробно...

6 августа 2014, 09:08

О назначении К.Б.Алиева заместителем Генерального прокурора Азербайджанской Республики – начальником Главного управления по борьбе с коррупцией при Генеральном прокуроре Азербайджанской Республики   подробно...

5 августа 2014, 17:08

Министерство юстиции открыло выражение интереса к двум тендерам на консультационные услуги по проекту JSSIP   подробно...

5 августа 2014, 13:08

Азербайджан подключил TRACECA к решению проблемы гибели людей в ДТП   подробно...

4 августа 2014, 09:08

О проектировании здания Бакинской хореографической академии   подробно...

1 августа 2014, 10:08

Отменена ежегодная проверка центров по облуживанию тахографов для автомобильного транспорта   подробно...