Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 295
Bakı şəhəri, 2 sentyabr 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 iyul tarixli 218 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)" bölməsinin 59-cu hissəsi aşağıdakı redaksiyada verilsin:
"59. Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
8 сентября 2014, 09:0920 октября 2014, 09:10
О присвоении почетного звания «Заслуженный инженер» группе энергетиков Азербайджана подробно...
20 октября 2014, 09:10
О награждении медалью «Терегги» энергетиков Азербайджана подробно...
20 октября 2014, 09:10
О помиловании ряда осужденных лиц подробно...
17 октября 2014, 09:10
Участникам Международной конференции «Железнодорожная линия Баку-Тбилиси-Карс – новые возможности в развитии коридора Шелкового пути» подробно...
16 октября 2014, 09:10
О мерах по улучшению экологического состояния Зыхского озера подробно...
14 октября 2014, 09:10
О награждении орденом «Шараф» М.А.Мамедъярова подробно...
14 октября 2014, 09:10
О присвоении почетных званий лицам, имеющим заслуги в социально-экономическом развитии Абшеронского района подробно...
14 октября 2014, 09:10
О присвоении Р.Г.Абдуллаеву и Ч.А.Мамедову почетного звания «Заслуженный инженер» подробно...
14 октября 2014, 09:10
О награждении работников Закрытого акционерного общества «Азербайджан Демир Йоллары» подробно...
14 октября 2014, 09:10
О предоставлении И.Н.Алиеву и Э.Х.Гаджиеву персональной пенсии Президента Азербайджанской Республики подробно...