"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 117 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 289

Bakı şəhəri, 25 avqust 2014-cü il

"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 117 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə"nin 15-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 117 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 553; 2010, № 5, maddə 464; 2011, № 6, maddə 572) 2-ci hissəsi yeni redaksiyada verilsin:

"2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Kollegiyanın sədri

Mehdiyev Elman Lütvü oğlu              

- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri

 

Kollegiyanın üzvləri:

Babayev Zakir Hadı oğlu

- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini

Hüseynov Rasim Vaqif oğlu

- Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri

Rzayev Elxan Əkrəm oğlu

- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının daxili audit şöbəsinin müdiri

Atayeva Aynur Əliabbas qızı

- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının hüquq və strateji araşdırmalar şöbəsinin müdiri

Pənahova Nigar Şahin qızı

- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının fərdi uçotun təşkili şöbəsinin müdiri.".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

29 августа 2014, 09:08

http://cabmin.gov.az/

3501—3510 из 3607

18 февраля 2014, 10:02

Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году   подробно...

18 февраля 2014, 09:02

90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне   подробно...

18 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики   подробно...

17 февраля 2014, 12:02

Министр туризма Азербайджана озадачил участников рынка   подробно...

17 февраля 2014, 09:02

Об утверждении «Концепции культуры Азербайджанской Республики»   подробно...

17 февраля 2014, 09:02

О награждении орденом «Истиглал» А.М.Пашаева   подробно...

17 февраля 2014, 09:02

О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали»   подробно...

14 февраля 2014, 15:02

ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок   подробно...

14 февраля 2014, 10:02

«Справедливость к Ходжалы» получила государственное финансирование   подробно...

14 февраля 2014, 09:02

О 100-летнем юбилее Лютфали Абдуллаева   подробно...