"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 283

Bakı şəhəri, 15 avqust 2014-cü il

"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 169 nömrəli Fərmanının 4.4-cü və 4.5-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarının 1-ci hissəsində "1-16" rəqəmləri "1-17" rəqəmləri ilə, 2-ci hissəsində "8-16" rəqəmləri "8-17" rəqəmləri ilə əvəz edilsin və bu qərara 17 nömrəli əlavə əlavə olunsun.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarına 17 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Direktor

1450

Direktor müavini

1050

Şöbə müdiri

870

Sektor müdiri, baş mühasib, müşavir

580

Mühasib, iqtisadçı, mütəxəssis, mətbuat katibi

530

Texniki redaktor

500

Sürücü, komendant

185

Proqramçı, kompyuter operatoru, texnik, kargüzar

165

Fəhlə, xidməti otaqları yığışdıran

160

26 августа 2014, 09:08

http://cabmin.gov.az/

3231—3240 из 3607

30 мая 2014, 09:05

О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района   подробно...

29 мая 2014, 13:05

Ограничена возможность получения российского гражданства   подробно...

29 мая 2014, 09:05

О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год   подробно...

27 мая 2014, 13:05

Счётная палата проведёт проверку Министерства налогов   подробно...

27 мая 2014, 12:05

Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы   подробно...

27 мая 2014, 09:05

О помиловании ряда осужденных лиц   подробно...

26 мая 2014, 16:05

IOTA меняет формат деятельности   подробно...

26 мая 2014, 12:05

Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам   подробно...

26 мая 2014, 11:05

Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку   подробно...

26 мая 2014, 10:05

О награждении орденом «Шохрат» И.Д.Абасова   подробно...