Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında"Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 277
Bakı şəhəri, 14 avqust 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında"Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilməsi barədə
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 4 mart tarixli 917-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 136 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2011, № 8, maddə 781, № 9, maddə 852; 2012, № 9, maddə 922; 2013, № 3, maddə 344) ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1-ci bəndin birinci və üçüncü cümlələrində "mərkəzi məlumat bazasında" sözləri "mərkəzi informasiya sistemində" sözləri ilə əvəz edilsin.
2. 4.1-ci bəndin ikinci cümləsində və 5.2-ci bənddə "mərkəzi məlumat sisteminə" sözləri "mərkəzi informasiya sisteminə" sözləri ilə əvəz edilsin.
3. 4.1-ci bəndin ikinci abzasında "mərkəzi məlumat bazasının" sözləri "mərkəzi informasiya sisteminin" sözləri ilə əvəz edilsin.
4. 5.1-ci bənddə "mərkəzləşdirilmiş məlumat bazasında" sözləri "mərkəzi informasiya sistemində" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
22 августа 2014, 10:0820 октября 2014, 09:10
О присвоении почетного звания «Заслуженный инженер» группе энергетиков Азербайджана подробно...
20 октября 2014, 09:10
О награждении медалью «Терегги» энергетиков Азербайджана подробно...
20 октября 2014, 09:10
О помиловании ряда осужденных лиц подробно...
17 октября 2014, 09:10
Участникам Международной конференции «Железнодорожная линия Баку-Тбилиси-Карс – новые возможности в развитии коридора Шелкового пути» подробно...
16 октября 2014, 09:10
О мерах по улучшению экологического состояния Зыхского озера подробно...
14 октября 2014, 09:10
О награждении орденом «Шараф» М.А.Мамедъярова подробно...
14 октября 2014, 09:10
О присвоении почетных званий лицам, имеющим заслуги в социально-экономическом развитии Абшеронского района подробно...
14 октября 2014, 09:10
О присвоении Р.Г.Абдуллаеву и Ч.А.Мамедову почетного звания «Заслуженный инженер» подробно...
14 октября 2014, 09:10
О награждении работников Закрытого акционерного общества «Азербайджан Демир Йоллары» подробно...
14 октября 2014, 09:10
О предоставлении И.Н.Алиеву и Э.Х.Гаджиеву персональной пенсии Президента Азербайджанской Республики подробно...