Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 21 aprel tarixli 575 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 480; 2014, № 9, maddə 1045; 2023, № 1, maddə 75) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamənin 11.1-ci və 12.1-ci bəndlərinə “Nazirliyinə” sözündən sonra “, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə” sözləri əlavə edilsin.

2. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 556) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. üçüncü abzasdan “35-ci maddəsinin 1-ci və” sözləri çıxarılsın və həmin abzasda “hissələrində” sözü “hissəsində” sözü ilə əvəz edilsin;

2.2. beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“Həmin Qanunun 24-cü maddəsinin birinci hissəsinin onuncu abzasında və 35-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirirlər.”.

3. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 342; 2014, № 12, maddə 1554) 2.4-cü bəndinə “səlahiyyətlərini” sözündən sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi,” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2020; 2018, № 5, maddə 896; 2020, № 4, maddə 405, № 9, maddə 1152, № 12 (I kitab), maddə 1460; 2022, № 8, maddə 856, № 10, maddə 1140) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.0.11-1-ci yarımbənddə “məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlər görmək” sözləri “karantin və ya məhdudiyyət tədbirləri tətbiq etmək” sözləri ilə əvəz edilsin;

4.2. aşağıdakı məzmunda 3.0.33-23 – 3.0.33-26-cı yarımbəndlər əlavə edilsin:

“3.0.33-23. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatların real vaxt rejimində aidiyyəti dövlət orqanının informasiya sisteminə ötürülməsini təmin etmək;

3.0.33-24. heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsini aparmaq;

3.0.33-25. heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatını həyata keçirmək;

3.0.33-26. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsinə, tikintisinə, bərpasına və istismara verilməsinə rəy vermək;”.

5. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1921 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 672) 1.5-ci bəndi ləğv edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq, heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2023-cü il

7 июня 2023, 14:06

http://www.azertag.az

3211—3220 из 3607

9 июня 2014, 13:06

UNICEF и Азербайджан приняли план на 2014–2015 годы   подробно...

9 июня 2014, 09:06

О дополнительных мерах по развитию животноводства в Азербайджанской Республике   подробно...

9 июня 2014, 09:06

О дополнительных мерах по строительству автомобильной дороги Хокмали-Гобу-Локбатан-Гюздек-Пута Абшеронского района   подробно...

6 июня 2014, 15:06

ЕС помогает Азербайджану интегрироваться в Европейское пространство высшего образования   подробно...

6 июня 2014, 14:06

Министр образования Азербайджана проведёт тренинги для учителей общеобразовательных школ   подробно...

6 июня 2014, 09:06

О награждении орденом «Истиглал» В.С.Векилова   подробно...

5 июня 2014, 15:06

О присвоении почетного звания «Заслуженный инженер» работникам водного хозяйства и мелиорации   подробно...

5 июня 2014, 15:06

О награждении медалью «Терегги» работников водного хозяйства и мелиорации   подробно...

5 июня 2014, 09:06

О дополнительной поддержке обеспечению производителей сельскохозяйственной продукции сельскохозяйственной техникой   подробно...

4 июня 2014, 09:06

О награждении орденом «Шохрат» Ш.М.Юсуповой   подробно...