“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 837-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 837-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897, № 12, maddə 1462; 2023, № 1, maddələr 52, 66, 97; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 fevral tarixli 2012, 2018 nömrəli, 4 fevral tarixli 2023 nömrəli, 3 mart tarixli 2055 nömrəli, 10 mart tarixli 2065 nömrəli və 30 mart tarixli 2079 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.51-ci bəndə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi,” sözləri əlavə edilsin;
1.2. 5.36-cı bənddə “384, 385” rəqəmləri “381.8 – 381.11, 381.14” rəqəmləri ilə, “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikasının Audiovizual” sözləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 5.36-1-ci bənd əlavə edilsin:
“5.36-1. həmin Məcəllənin 381.12 və 381.13-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə audiovizual media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Audiovizual Şurası, digər media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baxır;”.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323, № 8, maddə 896, № 10, maddə 1146, № 11, maddələr 1267, 1269, № 12, maddələr 1414, 1462, 1464; 2023, № 1, maddə 97; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 fevral tarixli 2018 nömrəli, 30 mart tarixli 2079 nömrəli və 8 aprel tarixli 2087 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 13-cü hissədə “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikasının Audiovizual” sözləri ilə əvəz edilsin;
2.2. 13.0-cı bənddə “384, 385 və 428.11-ci” sözləri “381.8 – 381.11, 381.14 və 428.11-ci maddələrində, habelə audiovizual media subyektlərinə münasibətdə Məcəllənin 381.12 və 381.13-cü” sözləri ilə əvəz edilsin;
2.3. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:
“13-1. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi adından:
13-1. Məcəllənin 381.12 və 381.13-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (audiovizual media subyektləri istisna olmaqla, digər media subyektlərinə münasibətdə) – Agentliyin icraçı direktoru, onun müavini.”.
3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146, № 11, maddələr 1251, 1267, 1269; 2023, № 1, maddələr 66, 97; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2051 nömrəli, 30 mart tarixli 2079 nömrəli, 8 aprel tarixli 2087 nömrəli və 11 aprel tarixli 2098 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 27-ci hissədə “382” rəqəmləri “381.2, 381.3” rəqəmləri ilə əvəz edilsin;
3.2. 29-cu hissə üzrə:
3.2.1. birinci abzasda “381.1-ci maddəsində” sözləri “381.1, 381.4 və 381.6-cı maddələrində” sözləri ilə əvəz edilsin;
3.2.2. 29.1-ci bənddə “teleradio yayımlarına” sözləri “audiovizual media subyektlərinə” sözləri ilə, “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin və həmin bənddən “onun müavinləri,” sözləri çıxarılsın;
3.2.3. 29.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“29.2. digər media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi adından – Agentliyin icraçı direktoru, onun müavini.”;
3.3. 30-cu hissədə “383 və 387-ci” sözləri “381.5 və 381.7-ci” sözləri ilə və “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin;
3.4. 31-ci hissə üzrə:
3.4.1. 31.1-ci bənddə “teleradio yayımlarına münasibətdə Azərbaycan Respublikasının Milli Televiziya və Radio” sözləri “televiziya və radio yayımına münasibətdə Azərbaycan Respublikasının Audiovizual” sözləri ilə əvəz edilsin;
3.4.2. 31.2-ci bənddə “kütləvi informasiya vasitələrinə” sözləri “media məhsullarına” sözləri ilə əvəz edilsin;
3.4.3. 31.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“31.2.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi adından – bu Siyahının 29.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”;
3.5. 31-6.1-ci və 31-9.1-ci bəndlərdə “teleradio” sözü “televiziya və radio” sözləri ilə, “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin;
3.6. 31-6.4.2-ci, 31-9.4.2-ci yarımbəndlərdə və 31-10.2-ci bənddə “Mətbuat Şurası” sözləri “Respublikasının Medianın İnkişafı Agentliyi” sözləri ilə, “31.2.2-ci yarımbəndində” sözləri “29.2-ci bəndində” sözləri ilə əvəz edilsin;
3.7. 31-7.1-ci bənddə və 31-8-ci hissədə “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin;
3.8. 60-1-ci hissə üzrə:
3.8.1. 60-1.1-ci bənddə “teleradio yayımlarına münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Milli Televiziya və Radio” sözləri “audiovizual media subyektlərinin media məhsullarına münasibətdə Azərbaycan Respublikasının Audiovizual” sözləri ilə əvəz edilsin;
3.8.2. 60-1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“60-1.2. digər media subyektlərinin media məhsullarına münasibətdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi adından – bu Siyahının 29.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2023-cü il
25 апреля 2023, 12:0411 августа 2014, 15:08
Азербайджан утвердил список телесных повреждений для исполнения закона об обязательном страховании подробно...
11 августа 2014, 13:08
О некоторых мерах, связанных с проведением I Европейских игр подробно...
11 августа 2014, 13:08
О проведении 100-летнего юбилея С.Г.Рагимова подробно...
8 августа 2014, 09:08
О мерах по строительству автомобильной дороги Гузанлы-Учоглан-Хындырыстан-Сафарли Агдамского района подробно...
6 августа 2014, 09:08
О присвоении высших специальных званий сотрудникам Прокуратуры Азербайджанской Республики подробно...
6 августа 2014, 09:08
О назначении К.Б.Алиева заместителем Генерального прокурора Азербайджанской Республики – начальником Главного управления по борьбе с коррупцией при Генеральном прокуроре Азербайджанской Республики подробно...
5 августа 2014, 17:08
Министерство юстиции открыло выражение интереса к двум тендерам на консультационные услуги по проекту JSSIP подробно...
5 августа 2014, 13:08
Азербайджан подключил TRACECA к решению проблемы гибели людей в ДТП подробно...
4 августа 2014, 09:08
О проектировании здания Бакинской хореографической академии подробно...
1 августа 2014, 10:08
Отменена ежегодная проверка центров по облуживанию тахографов для автомобильного транспорта подробно...