Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Müəyyən edilsin ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin qeyri-qanuni hazırlanmasının (istehsalının) və yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi, nəzarət markalarının qeyri-qanuni yayılmasının qarşısının alınması və vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məsələlər üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 avqust 2014-cü il.

12 августа 2014, 09:08

http://www.azertag.net

2841—2850 из 3607

8 января 2015, 09:01

О награждении орденом «Шохрат» А.Д.Ахмедзаде   подробно...

7 января 2015, 09:01

О награждении орденом «Шохрат» А.Г.Шарифова   подробно...

7 января 2015, 09:01

О дополнительных мерах по улучшению обеспечения населения экологически чистой водой   подробно...

30 декабря 2014, 09:12

О награждении орденом «Шохрат» А.Н.Алыева   подробно...

30 декабря 2014, 09:12

О помиловании ряда осужденных лиц   подробно...

30 декабря 2014, 09:12

О награждении О.С.Асадова орденом «Шараф»   подробно...

22 декабря 2014, 09:12

О предоставлении персональных пенсий Президента Азербайджанской Республики   подробно...

22 декабря 2014, 09:12

О присвоении почетных званий спортивным специалистам Азербайджанской Республики   подробно...

22 декабря 2014, 09:12

О мерах по строительству автомобильной дороги Гусарчай-Пиргулуоба-Ени Хаят Хачмазского района   подробно...

22 декабря 2014, 09:12

Участникам Первого съезда азербайджанских ученых   подробно...