Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:
1. 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2023-cü il
1 марта 2023, 14:0320 октября 2017, 09:10
О награждении азербайджанских энергетиков медалью «Терегги» подробно...
20 октября 2017, 09:10
О присвоении почетных званий группе энергетиков Азербайджана подробно...
19 октября 2017, 09:10
О награждении Ш.С.Алиева орденом «За службу Отечетству» 2-й степени подробно...
19 октября 2017, 09:10
О награждении Н.Г.Надирова орденом «За службу Отечеству» 2-й степени подробно...
16 октября 2017, 09:10
О назначении председателей ряда судов первой инстанции подробно...
16 октября 2017, 09:10
О назначении судей ряда судов первой инстанции и изменении должностей судей некоторых судов первой инстанции подробно...
13 октября 2017, 09:10
О предоставлении А.Р.Мамедову персональной пенсии Президента Азербайджанской Республики подробно...
13 октября 2017, 09:10
О назначении П.О.Шахбазова министром энергетики Азербайджанской Республики подробно...
13 октября 2017, 09:10
О награждении работников железнодорожного транспорта Aзербайджана медалью «Терегги» подробно...
13 октября 2017, 09:10
О присвоении почетного звания «Заслуженный инженер» работникам железнодорожного транспорта Азербайджана подробно...