Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453, № 12, maddə 731; 2004, № 10, maddə 760; 2005, № 4, maddə 280, № 10, maddələr 871, 872; 2006, № 10, maddə 846, № 11, maddə 927; 2007, № 8, maddə 756, № 11, maddələr 1073, 1081; 2008, № 3, maddə 155, № 10, maddə 882; 2009, № 2, maddə 48, № 6, maddə 399; 2010, № 3, maddə 171, № 4, maddə 273, № 12, maddə 1057; 2011, № 1, maddə 13, № 2, maddə 71; 2013, № 5, maddə 462; 2015, № 5, maddə 489, № 10, maddə 1090; 2016, № 2 (I kitab), maddə 187; 2017, № 3, maddə 342, № 7, maddə 1249; 2018, № 12 (I kitab), maddə 2474; 2021, № 8, maddə 902) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:
“13-1. Daxili işlər orqanlarına xidmətə qəbul ilə əlaqədar zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar daxili işlər orqanlarına xidmətə qəbul üçün müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi daxili işlər orqanlarına xidmətə qəbul üçün müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2022-ci il
9 февраля 2023, 15:0213 марта 2017, 09:03
О награждении военнослужащих Внутренних войск Министерства внутренних дел Азербайджанской Республики подробно...
13 марта 2017, 09:03
О награждении А.А.Гусейнова орденом «За службу Отечеству» 2-й степени подробно...
10 марта 2017, 10:03
О присвоении почетных званий театральным деятелям Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении А.Г.Бабаева членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении В.А.Хубанова членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении А.С. Гулиева членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
Об избрании члена комитета Милли Меджлиса Азербайджанской Республики подробно...
7 марта 2017, 09:03
О награждении Л.Е.Рейхрудель орденом «Шохрат» подробно...
7 марта 2017, 09:03
Поздравление азербайджанским женщинам по случаю 8 марта – Международного женского дня подробно...
7 марта 2017, 09:03
О присвоении Т.М.Муталлимову почетного звания «Заслуженный деятель науки» подробно...