“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 79; 2009, № 6, maddə 400, № 7, maddə 517; 2016, № 3, maddələr 394, 421; 2017, № 7, maddə 1310; 2019, № 1, maddə 31; 2020, № 7, maddə 825, № 12 (I kitab), maddə 1437) aşağıdakı məzmunda 28.2-1-ci maddə əlavə edilsin:
“28.2-1. Kompensasiyaların alınması üçün müraciət edilməsi ilə əlaqədar tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2022-ci il
9 февраля 2023, 08:0217 июля 2017, 10:07
О награждении Э.T.Сулеймановой орденом «Шараф» подробно...
17 июля 2017, 10:07
Об утверждении «Государственной программы развития сельскохозяйственной кооперации в Азербайджанской Республике на 2017-2022 годы» подробно...
14 июля 2017, 10:07
О предоставлении Н.А. Ахмедову персональной пенсии Президента Азербайджанской Республики подробно...
14 июля 2017, 10:07
О награждении А.А. Мамедова орденом «Шохрат» подробно...
14 июля 2017, 10:07
О награждении сотрудников Государственного комитета Азербайджанской Республики по работе с диаспорой подробно...
14 июля 2017, 10:07
Об утверждении «Государственной программы по развитию хлопководства в Азербайджанской Республике на 2017-2022 годы» подробно...
14 июля 2017, 10:07
О присвоении Н.А.Гурбанову почетного звания «Заслуженный государственный служащий» подробно...
14 июля 2017, 10:07
О награждении С.А.Исмайлова орденом «Шохрат» подробно...
13 июля 2017, 10:07
О назначении Т.Х.Зейналабдина почетным консулом Азербайджанской Республики в Республике Судан подробно...
13 июля 2017, 10:07
О награждении сотрудников органов дипломатической службы Азербайджанской Республики подробно...