“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci (hər iki halda) maddəsində, 4-cü maddəsinin birinci və ikinci cümlələrində, 5.3-cü, 6.2-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.1.2-ci (birinci halda) və 5.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4-cü maddəsinin birinci və ikinci cümlələrində, 6.2-ci və 7.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 1.1.2-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. altı ay müddətində:

2.2.1. həmin Qanunun 4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, koordinasiya qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2.2. həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2.3. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin həmin qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydalarını təsdiq etsin, qiymətləndirməni həyata keçirən qurumu müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasını Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla altı ay müddətində təmin etsin və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; 2022, № 4, maddələr 305, 306, № 5, maddələr 443, 448, № 10, maddə 1136; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1928 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 3.1.31-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.1.31. sahibkarların vahid reyestrinin formalaşdırılması və aparılması ilə bağlı müvafiq tədbirlər görmək;”.

5. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 481; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 573; 2007, № 12, maddə 1246; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2020, № 6, maddə 686; 2022, № 8, maddə 863) ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2023-cü il

26 января 2023, 15:01

http://www.azertag.az

1001—1010 из 3607

4 июня 2019, 08:06

Распоряжение Президента Азербайджанской Республики О призыве с 1 по 30 июля 2019 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы   подробно...

4 июня 2019, 08:06

Распоряжение Президента Азербайджанской Республики О присвоении лицам, отличившимся в области предпринимательской деятельности и работы с предпринимателями в Азербайджанской Республике, почетного звания «Заслуженный инженер»   подробно...

4 июня 2019, 08:06

Распоряжение Президента Азербайджанской Республики О предотвращении ущерба, причиненного населению в результате оползня, произошедшего на территории Астаринского района   подробно...

4 июня 2019, 08:06

Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, отличившихся в области предпринимательской деятельности и работы с предпринимателями в Азербайджанской Республике   подробно...

3 июня 2019, 08:06

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по расширению социальных услуг, оказываемых детям и другим лицам, нуждающимся в особой заботе   подробно...

31 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах по усовершенствованию управления в области борьбы с легализацией денежных средств или иного имущества, полученных преступным путем, и финансированием терроризма   подробно...

17 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О мерах по восстановлению мостов через реку Гянджачай на территории города Гянджа   подробно...

17 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О награждении Р.И.Джалиловой орденом «Шохрат»   подробно...

16 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по продолжению строительства автомобильной дороги Губа-Гонагкенд Губинского района   подробно...

15 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О проведении 110-летия академика Владимира Волобуева   подробно...