Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir.

1-ci fəsil

Ümumi müddəalar

Maddə 1. Bu Qanunda istifadə olunan əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. mikro, kiçik və orta sahibkarlıq subyektləri – “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid edilmiş kommersiya hüquqi şəxsləri və fərdi sahibkarlar;

1.1.2. səlahiyyətli qurum – mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xidmətləri göstərən, dövlət orqanlarının (qurumlarının) və özəl qurumların mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin əlaqələndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

1.1.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri –mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid edilən hüquqi şəxslər və fərdi sahibkarlar, dövlət tərəfindən onlara göstərilən xidmətlər və dəstək tədbirləri, onların fəaliyyətinin qiymətləndirilmə nəticələri haqqında elektron məlumatlar toplusu;

1.1.4. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar – mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı, onların investisiya və innovasiya fəallığının artırılması, istehsal etdikləri malların (gördükləri işlərin, göstərdikləri xidmətlərin), intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlarda yayılması sahəsində fəaliyyət göstərən kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri;

1.1.5. biznes inkubatoru - mülkiyyətində, yaxud istifadəsində malların istehsalı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üçün xüsusi təchiz edilmiş sahələri və müvafiq əmlakı olan, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlərin ilkin inkişaf dövründə bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan inkubasiya xidmətlərini göstərməklə dəstəklənməsini təmin edən hüquqi şəxs.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Maddə 2. Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik

2.1. Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Ələt azad iqtisadi zonasında mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

2-ci fəsil

Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasəti

Maddə 3. Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri

3.1. Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır:

3.1.1. mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması;

3.1.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin artırılması;

3.1.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya və innovasiya fəallığının stimullaşdırılması;

3.1.4. mikro, kiçik və orta sahibkarlığın davamlı inkişafının təmin edilməsi;

3.1.5. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal etdikləri malların (gördükləri işlərin, göstərdikləri xidmətlərin), onların intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlara çıxmasına kömək edilməsi;

3.1.6. vətəndaşların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi yolu ilə əhalinin məşğulluğunun təmin edilməsi və özünüməşğulluğun inkişafı;

3.1.7. ümumi daxili məhsulun həcmində və qeyri-neft ixracında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payının artırılması.

3.2. Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət siyasətinin prinsipləri aşağıdakılardır:

3.2.1. sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə dair normativ hüquqi aktların layihələrinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətinə mümkün təsirinin qiymətləndirilməsi;

3.2.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və dövlət dəstəyinin səmərəliliyinin artırılması;

3.2.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunun bütün mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün əlçatanlığı;

3.2.4. dövlət, regional, yerli, həmçinin iqtisadiyyatın prioritet sahələri üzrə inkişaf proqramlarında iştirak və dövlət dəstəyinin alınması ilə bağlı mikro, kiçik və orta sahibkarlıq subyektlərinə bərabər imkanların yaradılması;

3.2.5. dövlət dəstəyinin göstərilməsi prosedurlarının açıqlığı və şəffaflığı;

3.2.6. dövlət dəstəyi mexanizmlərinin haqsız rəqabət haqqında qanunvericiliyə uyğun olaraq formalaşdırılması.

3.3. Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

3.3.1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmət və dəstək haqqında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlılığının artırılması, qarşılaşdıqları çətinliklərin həlli və fəaliyyətlərinin inkişafının dəstəklənməsi üçün səlahiyyətli qurum vasitəsilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bilavasitə fəaliyyət göstərdiyi ərazilərdə xidmətlərin təşkili;

3.3.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirak mexanizminin təkmilləşdirilməsi;

3.3.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sahibkarlıq və investisiya fəaliyyətini təşviq edəcək vergi siyasətinin həyata keçirilməsi;

3.3.4. mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması və onun daimi inkişafının təmin edilməsi;

3.3.5. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsi ilə bağlı inzibati prosedurların və dövlət nəzarəti prosedurlarının, o cümlədən onlar tərəfindən lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi;

3.3.6. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində innovativ texnologiyalardan, həmçinin malların (işlərin, xidmətlərin) keyfiyyətinin artırılmasını təmin edən texnologiyalardan istifadəyə dəstək və stimullaşdırma mexanizmlərinin tətbiqi;

3.3.7. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması sahəsində dəstək göstərilməsi;

3.3.8. mikro, kiçik və orta sahibkarlıq subyektlərində korporativ idarəetmə, korrupsiya ilə mübarizə və keyfiyyətin idarə edilməsi standartlarının aşkarlıq və hesabatlılıq prinsipləri əsasında tətbiqi və təşviqi;

3.3.9. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi;

3.3.10. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ekoloji təmiz iqtisadiyyatda rolunun yüksəldilməsi və ekoloji təmiz texnologiyalardan istifadəsinin təşviqi;

3.3.11. mikro, kiçik və orta sahibkarlara effektiv məsləhət xidmətinin formalaşdırılması;

3.3.12. mikro, kiçik və orta sahibkarların mütərəqqi bilik və bacarıqlara çıxış imkanlarının artırılması;

3.3.13. iqtisadiyyatın sahələri üzrə mikro, kiçik və orta sahibkarların biznes təşəbbüslərinin dəstəklənməsi və innovativ sahibkarlığın təşviqi;

3.3.14. mikro, kiçik və orta sahibkarların yeni bazarlara çıxış imkanlarının artırılması;

3.3.15. mikro, kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması, o cümlədən investorlarla birgə işin qurulmasının dəstəklənməsi;

3.3.16. mikro, kiçik və orta sahibkarlara dövlət-biznes xidmətlərin təşkili sahəsində imkanların yaradılması və bizneslərarası xidmətlərin təşkilində metodiki və digər dəstəyin göstərilməsi.

Maddə 4. Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində koordinasiya qrupu

Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupu yaradılır. Koordinasiya qrupunun tərkibi, habelə səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 5. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri

5.1. Səlahiyyətli qurum mikro, kiçik və orta sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.

5.2. Bu Qanunun 5.1-ci maddəsinə əsasən müəyyən edilən məlumatların əldə edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

5.3. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

3-cü fəsil

Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək

Maddə 6. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri

6.1. Bu Qanuna əsasən dövlət dəstəyi almaq üçün mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən müraciətlərin edilməsi və onlara baxılması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

6.2. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Maddə 7. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyinformaları, göstərilməsi qaydası və qiymətləndirilməsi

7.1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları və göstərilməsi qaydası Azərbaycan Respublikasının qanunlarında, digər normativ hüquqi aktlarda, habelə mikro, kiçik və orta sahibkarlığın inkişafına dair dövlət proqramlarında müəyyən edilir.

7.2. Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları və qiymətləndirməni həyata keçirən qurum müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

4-cü fəsil

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin növləri

Maddə 8. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət maliyyə dəstəyi

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət maliyyə dəstəyi Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda müəyyən edilən hallarda və qaydada dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) müxtəlif güzəştlər şəklində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən göstərilir.

Maddə 9. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsləhət və informasiya dəstəyi

9.1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsləhət və informasiya dəstəyi aşağıdakı formalarda göstərilir:

9.1.1. mikro, kiçik və orta sahibkarlığın inkişafı üzrə təlimlərin, tədris seminarlarının və elmi-praktiki konfransların təşkili;

9.1.2. xarici ölkələrdə təcrübə keçirilməsinin təşkili;

9.1.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin həyata keçirilməsi təcrübəsi, yeni texnologiyalar bazarı haqqında metodiki vəsaitlərin, informasiya bülletenlərinin yayılması;

9.1.4. məsləhət, informasiya, hüquq, marketinq və digər sahələrdə xidmətlərin göstərilməsi, habelə regionlarda informasiya və məsləhət mərkəzləri şəbəkəsinin yaradılması;

9.1.5. qabaqcıl xarici və yerli texnologiyalara əlçatanlığa yardım göstərilməsi;

9.1.6. yerli malların (işlərin, xidmətlərin) ixracına yardım məqsədilə informasiya dəstəyinin göstərilməsi.

9.2. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya dəstəyinin göstərilməsi məqsədilə səlahiyyətli qurum öz rəsmi internet səhifəsində aşağıdakı məlumatları yerləşdirir:

9.2.1. mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş dövlət proqramları və digər proqramlar və onların həyata keçirilməsi barədə məlumatları;

9.2.2. iqtisadi fəaliyyət növləri üzrə bölünməklə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayı barədə məlumat;

9.2.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar və onlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsi şərtləri və qaydası barədə məlumat;

9.2.4. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumat;

9.2.5. sahibkarlıq, investisiya mühitinin və mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun təhlilinin nəticələri barədə məlumatlar;

9.2.6. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı üçün tələb olunan digər məlumatlar (iqtisadi, hüquqi, statistik, marketinq və s.), o cümlədən səlahiyyətli qurumun fəaliyyət sahəsinə aid olan məlumatları.

Maddə 10. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı, təkrar hazırlığı və ixtisaslarının artırılması sahəsində dövlət dəstəyi

10.1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığına, təkrar hazırlığına və ixtisaslarının artırılmasına dövlət dəstəyi aşağıdakı formalarda göstərilir:

10.1.1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı və ixtisaslarının artırılması proqramlarının hazırlanması;

10.1.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçiləri üçün vahid təlim, məsləhət və müxtəlif formatlardan (praktiki məşğələlər, işgüzar oyunlar, mühazirə kursları) istifadə etməklə distant təlim xidmətlərinin göstərilməsi;

10.1.3. işaxtaranların sahibkarlıq fəaliyyətinin əsaslarına yiyələnməsinin, gənclər arasında sahibkarlığın, habelə ailə və qadın sahibkarlığının təbliği;

10.1.4. qabaqcıl texnologiyaların tətbiqi və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakına kömək göstərilməsi;

10.1.5. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinə təlim keçən təlimçilərin hazırlanması.

Maddə 11. Biznes inkubatoru

11.1. Bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan xidmətlər biznes inkubatoru ilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlər arasında bağlanılmış müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında təqdim edilir. Biznes inkubatoru ilə inkubasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlamış sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlər biznes inkubatorunun rezidenti sayılır.

11.2. Biznes inkubatoru inkubatorun rezidentinə əmlak, idarəetmə, biznes tərəfdaşların axtarılması və maliyyə resurslarının əldə edilməsi, kadr hazırlığı, texniki, informasiya, məsləhət, hüquqi, marketinq, icarə, lizinq və digər dəstək xidmətlərinin göstərilməsini təmin edir.

11.3. Biznes inkubatorları məqsədli təyinatından asılı olaraq çoxsahəli və ya ixtisaslaşmış ola bilərlər.

Maddə 12. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi

12.1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin innovasiya, məhsul istehsalı və xidmət göstərilməsi sahəsində dövlət orqanları (qurumları) və bələdiyyələr tərəfindən dəstəklənməsi aşağıdakı formalarda həyata keçirilir:

12.1.1. ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin və seleksiya nailiyyətlərinin patentləşdirilməsinə, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yaradılan intellektual fəaliyyətin digər nəticələrinin dövlət qeydiyyatına alınmasına kömək göstərilməsi;

12.1.2. vençur sahibkarlığın inkişafına kömək göstərilməsi;

12.1.3. innovasiyalar, məhsul istehsalı və xidmət göstərilməsi sahəsində satınalma müqavilələrinın bağlanılmasına mikro, kiçik və orta sahibkarlıq subyektlərinin cəlb edilməsi üçün şəraitin yaradılması;

12.1.4. xarici investisiyaların cəlb edilməsinin və qarşılıqlı faydalı beynəlxalq innovasiya əməkdaşlığının inkişafının həvəsləndirilməsi;

12.1.5. mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən iri sahibkarlıq subyektlərinə aid edilmiş sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin müxtəlif stimullaşdırıcı tədbirlər vasitəsilə dəstəklənməsi.

12.2. Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları, eləcə də dövlət proqramaları ilə dəstək tədbirləri müəyyən edilərkən bu Qanunla müəyyən edilmiş forma, istiqamət, prinsip və şərtlər əsas götürülməlidir.

5-ci fəsil

Yekun müddəalar

Maddə 13. Mübahisələrin həlli

Bu Qanunun tətbiqi zamanı yaranan mübahisələr danışıqlar yolu ilə, inzibati qaydada, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədən kənar digər yollarla və ya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilə bilər.

Maddə 14. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

Maddə 15. Bu Qanunun qüvvəyə minməsi

15.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

15.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli 673-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 469; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 709; 2003, № 12 (I kitab), maddə 672; 2007, № 10, maddə 938; 2015, № 11, maddə 1264; 2018, № 11, maddə 2199; 2019, № 6, maddə 993; 2020, № 7, maddə 827) ləğv edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2022-ci il

26 января 2023, 15:01

http://www.azertag.az

311—320 из 3607

18 августа 2021, 14:08

Распоряжение Президента Азербайджанской Республики О награждении А.А.Асланова орденом «За службу Отечеству» 1-й степени   подробно...

13 августа 2021, 09:08

Распоряжение Президента Азербайджанской Республики О награждении членов Национальной олимпийской команды Азербайджана «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

13 августа 2021, 09:08

Распоряжение Президента Азербайджанской Республики О награждении членов Национальной олимпийской команды Азербайджана   подробно...

13 августа 2021, 09:08

Распоряжение Президента Азербайджанской Республики Об установлении вознаграждения для спортсменов Азербайджанской Республики и их тренеров за высокие результаты на XXXII Летних Олимпийских играх в городе Токио Японии   подробно...

13 августа 2021, 09:08

Распоряжение Президента Национального Олимпийского Комитета Азербайджанской Республики «Об установлении вознаграждения для спортсменов Азербайджанской Республики и их тренеров за самые высокие результаты на проведенных в японском городе Токио XXXII Летних Олимпийских играх»   подробно...

10 августа 2021, 15:08

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Балакенском, Гахском, Шекинском и Загатальском районах оросительной водой и удовлетворению потребностей населения в питьевой воде   подробно...

9 августа 2021, 14:08

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Г.Г.Ибрагимова от должности главы Исполнительной власти Садаракского района Нахчыванской Автономной Республики   подробно...

6 августа 2021, 12:08

Распоряжение Президента Азербайджанской Республики О награждении Р.Г.Ахундовой орденом «Шохрат»   подробно...

6 августа 2021, 08:08

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Гандоб-Хачмаз-Ялама-государственная граница с Российской Федерацией (6 км)-Падар Шабранского района   подробно...

5 августа 2021, 09:08

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по проведению ремонтно-строительных работ в учебных заведениях, пострадавших в результате агрессии, развязанной с 27 сентября 2020 года вооруженными силами Республики Армения против территории Азербайджанской Республики   подробно...