Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmiş "Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 260

Bakı şəhəri, 16 iyul 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmiş "Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 8, maddə 780) ilə təsdiq edilmiş "Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın 6.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"6.1. Oyunların təşkilinə və keçirilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının "Bədən tərbiyəsi və idman haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunlarına uyğun həyata keçirilir.".

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə 

4 августа 2014, 09:08

http://cabmin.gov.az/

3341—3350 из 3607

21 апреля 2014, 16:04

Азербайджан и WBG продолжают переговоры о дополнительных вливаниях в модернизацию судебной системы   подробно...

10 апреля 2014, 17:04

Налогооблагаемая база в Азербайджане расширилась на 19034 налогоплательщика   подробно...

10 апреля 2014, 14:04

В первом квартале в Азербайджане было собрано 24,8% запланированных на 2014 год налогов   подробно...

10 апреля 2014, 09:04

О присвоении почетных званий лицам, имеющим заслуги в социальном и экономическом развитии Нахчыванской Автономной Республики   подробно...

10 апреля 2014, 09:04

О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социальном и экономическом развитии Нахчыванской Автономной Республики   подробно...

9 апреля 2014, 17:04

Назначены директора ряда институтов и организаций Академии наук   подробно...

9 апреля 2014, 15:04

Азербайджан проверил соответствие импортируемого мяса стандарту Halal   подробно...

9 апреля 2014, 13:04

В Азербайджане будет организована электронная продажа государственных стандартов   подробно...

9 апреля 2014, 10:04

Азербайджанским фермерам предоставлены субсидии на 20 млн. манатов   подробно...

9 апреля 2014, 09:04

Республиканский центр сейсмологической службы выдвинул кандидатуры членов-корреспондентов Академии наук   подробно...