“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli və 9 dekabr tarixli 679-VIQD nömrəli qanunları) 39-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 39.1-ci maddəsinin mətni ikinci cümlə hesab edilsin və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
“Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.”;
1.2. 39.4-cü maddədə “qanunvericiliyə əsasən” sözləri “bu Qanunla müəyyən edilmiş hallarda” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2022-ci il
24 января 2023, 10:0124 января 2014, 09:01
Азербайджан отказался от ассоциации с ЕС ради более высокого уровня партнёрства – президент Алиев подробно...
24 января 2014, 09:01
Иран и Азербайджан провели переговоры на высшем уровне подробно...
23 января 2014, 16:01
Центральный банк Азербайджана выступил с заявлением в связи с интересом к Bitcoin подробно...
23 января 2014, 09:01
Страхование от несчастных случаев и климатических изменений – предмет переговоров на высшем уровне Азербайджана и Swiss Re подробно...
23 января 2014, 09:01
Президенты Азербайджана и EBRD провели переговоры в Давосе подробно...
22 января 2014, 15:01
В Азербайджане для снижения налоговых долгов будут внесены поправки в Налоговый кодекс подробно...
22 января 2014, 15:01
Молодёжные общественные объединения Азербайджана активно встраиваются в глобальные сети таких учреждений подробно...
22 января 2014, 15:01
Общественные советы с НПО будут созданы при Госкомитете по имущественным вопросам подробно...
22 января 2014, 09:01
Государственный таможенный комитет: в Азербайджане практически нет почтовой внешней торговли подробно...
22 января 2014, 09:01
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Гейгельского района подробно...