“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 653-VIQD nömrəli Qanununun tətbiqi və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 653-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 46-cı maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Baş Dövlət Yol Polisi İdarəsi qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, № 3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128; 2019, № 2, maddə 208, № 6, maddələr 1013, 1045, № 8, maddə 863) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

2.2. aşağıdakı məzmunda 3.1-1-ci və 3.9-1-ci bəndlər əlavə edilsin:

“3.1-1. həmin Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;”;

“3.9-1. həmin Qanunun 46-cı maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Baş Dövlət Yol Polisi qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;”;

2.3. 3.10-cu bənddə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış” sözləri “müayinədən keçməsi barədə sənəd” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 653-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2023-cü il

23 января 2023, 13:01

http://www.azertag.az

3231—3240 из 3607

30 мая 2014, 09:05

О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района   подробно...

29 мая 2014, 13:05

Ограничена возможность получения российского гражданства   подробно...

29 мая 2014, 09:05

О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год   подробно...

27 мая 2014, 13:05

Счётная палата проведёт проверку Министерства налогов   подробно...

27 мая 2014, 12:05

Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы   подробно...

27 мая 2014, 09:05

О помиловании ряда осужденных лиц   подробно...

26 мая 2014, 16:05

IOTA меняет формат деятельности   подробно...

26 мая 2014, 12:05

Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам   подробно...

26 мая 2014, 11:05

Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку   подробно...

26 мая 2014, 10:05

О награждении орденом «Шохрат» И.Д.Абасова   подробно...