“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 5.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinin genişləndirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi, eləcə də notariat hərəkətinin nəticəsi olan sənədlərin daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsi ilə bağlı ödənişlərin həyata keçirilməsi qaydasını, həmçinin elektron informasiya sistemləri vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyinə dair tələbləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. yaşayış sahəsinin yerləşdiyi ünvan üzrə qeydiyyatda olan şəxslər barədə məlumatların mötəbərliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə aşağıdakıları təmin etsin:

3.2.1. rekvizitləri dəyişdirilmiş ünvanların vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərdəki ünvanlarla informasiya sistemləri vasitəsilə unifikasiyası (eyniləşdirilməsi) və həmin vətəndaşların bu barədə məlumatlandırılması imkanlarının yaradılması;

3.2.2. yaşayış sahəsinin mülkiyyətçisi olan hüquqi və fiziki şəxslərə onların elektron müraciəti əsasında, habelə notariuslara real vaxt rejimində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və ata adı haqqında elektron sənəd təqdim edilməsi.

4. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 621; 2005, № 2, maddə 64, № 8, maddə 718; 2006, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2010, № 4, maddə 287, № 7, maddə 610; 2011, № 11, maddə 998; 2013, № 9, maddə 1052, № 12, maddə 1509; 2014, № 2, maddə 108, № 4, maddə 361, № 6, maddə 632; 2015, № 7, maddə 827, № 9, maddə 1016; 2016, № 11, maddə 1825; 2017, № 3, maddə 348; 2018, № 2, maddələr 202, 203; 2020, № 7, maddə 891, № 12 (I kitab), maddə 1477; 2022, № 8, maddə 852) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.2.3-cü yarımbəndə “7.2-ci” sözlərindən əvvəl “5.6-cı maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

4.2. 4.2.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.2.6. 5.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2023-cü il

23 января 2023, 13:01

http://www.azertag.az

1011—1020 из 3607

14 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О награждении Ф.М.Алескерова орденом «Шохрат»   подробно...

13 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О предоставлении премий Президента Азербайджанской Республики деятелям искусства   подробно...

13 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О предоставлении персональных пенсий Президента Азербайджанской Республики деятелям культуры и искусства Азербайджана   подробно...

13 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О предоставлении Х.Б.Юсифзаде Премии Гейдара Алиева   подробно...

8 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики Об улучшении жилищно-бытовых условий населения в городе Гобустан   подробно...

8 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Баку-Шамаха-Евлах (88 км)–Арабгадим-Гейдере Гобустанского района   подробно...

8 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О строительстве здания новой общеобразовательной школы в селе Сюндю Гобустанского района   подробно...

8 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по повышению государственной заботы о ветеранах войны в Азербайджанской Республике   подробно...

7 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Фонда Гейдара Алиева   подробно...

7 мая 2019, 08:05

Распоряжение Президента Азербайджанской Республики О мерах по проектированию и реконструкции систем водоснабжения и канализации города Горадиз   подробно...