"Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 251

Bakı şəhəri, 16 iyul 2014-cü il

"Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 46) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, 1-ci hissədə "müfəttişlərinin" sözü "orqanlarının" sözü ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş "Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları" üzrə:

2.1. adında, 2.1-ci, 2.3-cü, 2.4-cü və 3.2-ci bəndlərdə ismin müvafiq hallarında "müfəttişlər" sözü ismin müvafiq hallarında "orqanlar" sözü ilə, 2.2-ci bənddə "Müfəttişinin" sözü "Orqanının" sözü ilə və 3.5-ci bənddə "müfəttişi" sözü "orqanı" sözü ilə əvəz edilsin;

2.2 2.4-cü bənddə "Dövlət Baytarlıq Müfəttişi" sözləri "Dövlət Baytarlıq Nəzarəti" sözləri ilə əvəz edilsin;

2.3. 3.2-ci bənddən "şəxsən" sözü çıxarılsın;

2.4. 3.5-ci bənddən ", dövlət baytarlıq müfəttişi tutduğu vəzifədən azad olunduğu" və "onların" sözləri çıxarılsın və həmin bənddə "onlardan" sözü "həmin qurumdan" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

4 августа 2014, 09:08

http://cabmin.gov.az/

2891—2900 из 3607

28 ноября 2014, 09:11

О предоставлении финансовой помощи религиозным общинам в Азербайджане   подробно...

28 ноября 2014, 09:11

Президенту Исламской Республики Мавритания Его превосходительству господину Мохаммеду ульд Абдель Азизу   подробно...

28 ноября 2014, 09:11

Президенту Республики Албания Его превосходительству господину Буяру Нишани   подробно...

27 ноября 2014, 09:11

Об утверждении «Правил осуществления государственного градостроительного контроля»   подробно...

27 ноября 2014, 09:11

Участникам международной конференции на тему «Индустриализация в XXI веке: основные тренды, современный подход и опыт в промышленной политике»   подробно...

25 ноября 2014, 09:11

Председателю Президиума Боснии и Герцеговины Его превосходительству господину Младену Иваничу   подробно...

24 ноября 2014, 09:11

О предоставлении Ф.М.Сулейманову почетного звания «Заслуженный инженер»   подробно...

24 ноября 2014, 09:11

О награждении медалью «Терегги» работников Гянджинского автомобильного завода   подробно...

24 ноября 2014, 09:11

Новоизбранному Президенту Румынии Его превосходительству господину Клаусу Йоханнису   подробно...

24 ноября 2014, 09:11

О дополнительных мерах в области совершенствования работы по выдаче виз   подробно...