Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları"nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 248
Bakı şəhəri, 16 iyul 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları"nda dəyişiklik edilməsi barədə
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 465; 2009, № 4, maddə 282) ilə təsdiq edilmiş "Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və eksperti-zasının keçirilməsi halları və Qaydaları"na aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilsin:
"8-1. Qanuna müvafiq olaraq üzərində dövlət nəzarəti həyata keçirilən sahibkarlıq subyektlərindən nümunə kimi götürülmüş məmulatların yoxlanılması ilə əlaqədar keçirilən qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının nəticələri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
1 августа 2014, 11:08
8 апреля 2014, 17:04
Министерство образования Азербайджана поможет абитуриентам выбирать специальности подробно...
8 апреля 2014, 15:04
ICARDA начинает исследования по развитию сельского хозяйства на засолённых почвах в Азербайджане подробно...
8 апреля 2014, 10:04
Возбуждено дело против начальника районного отдела образования подробно...
7 апреля 2014, 17:04
Всемирный банк и Госкомитет по ценным бумагам провели консультации в Баку подробно...
7 апреля 2014, 15:04
В Азербайджане нотариальные конторы будут регистрировать права на имущество подробно...
7 апреля 2014, 12:04
В Азербайджане более половины налогоплательщиков нарушают правила безналичных расчётов подробно...
7 апреля 2014, 11:04
Запущена американская программа деловых стажировок по теме «Упаковка и маркетинг» подробно...
7 апреля 2014, 11:04
В Азербайджане началась экспертиза содержания школьных учебников подробно...
7 апреля 2014, 11:04
Президент Академии наук Азербайджана избран членом Инженерной академии подробно...
7 апреля 2014, 10:04
Появились первые предпочтения в отношении подрядчиков по обновлению подвижного состава «Азербайджанских железных дорог» подробно...