Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda, 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1001; 2008, № 12, maddə 1057; 2010, № 7, maddə 617; 2011, № 1, maddə 21; 2012, № 1, maddə 9, № 12, maddə 1265; 2014, № 1, maddə 15; 2018, № 11, maddə 2241) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri – gömrük xidməti general-leytenantı” və “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini – gömrük xidməti general-mayoru” abzasları ləğv edilsin;

1.2. “Bakı Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” abzasından sonra “Naxçıvan Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” abzası əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 avqust tarixli 1836 nömrəli və 27 oktyabr tarixli 1869 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7.1-ci bəndindən “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, onun müavini,” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1869 nömrəli və 5 noyabr tarixli 1874 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 46.1-ci bəndindən “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, onun müavini,” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2022-ci il

28 ноября 2022, 16:11

http://www.azertag.az

3251—3260 из 3607

19 мая 2014, 09:05

О награждении сотрудников Управления Государственного историко-архитектурного заповедника «Ичеришехер» при Кабинете Министров Азербайджанской Республики   подробно...

19 мая 2014, 09:05

О дополнительных мерах по ускорению социально-экономического развития города Мингячевир   подробно...

19 мая 2014, 09:05

Об утверждении Положения о Центре перевода при Кабинете Министров Азербайджанской Республики и структуры Центра   подробно...

19 мая 2014, 09:05

О присвоении сотрудникам Управления Государственного историко-архитектурного заповедника «Ичеришехер» при Кабинете Министров Азербайджанской Республики почетного звания «Заслуженный работник культуры»   подробно...

19 мая 2014, 09:05

О назначении А.М.Велиевой директором Центра перевода при Кабинете Министров Азербайджанской Республики   подробно...

19 мая 2014, 09:05

О проведении благоустройства и созидательной работы в комплексе «Имамзаде» на территории Гянджинского государственного историко-культурного заповедника   подробно...

19 мая 2014, 09:05

О создании Бакинского международного центра мультикультурализма   подробно...

19 мая 2014, 09:05

О дополнительных мерах по строительству автомобильной дороги Ярдымлы-Деман-Арвана Ярдымлинского района   подробно...

19 мая 2014, 09:05

О присвоении сотрудникам Азербайджанского государственного издательства – «Азернешр» почетного звания «Заслуженный работник культуры»   подробно...

19 мая 2014, 09:05

О награждении медалью «Терегги» сотрудников Азербайджанского государственного издательства – «Азернешр»   подробно...