Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 243
Bakı şəhəri, 16 iyul 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 783; 2006, № 5, maddə 472; 2009, № 1, maddə 32, № 3, maddə 205; 2014, № 2, maddə 201) ilə təsdiq edilmiş "Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissədə "əmlakı və ətraf mühit üçün təhlükə törədə" sözləri "dövlətin əmlak maraqları, habelə ətraf mühit üçün birbaşa və mühüm təhlükə törədə və ya mühüm zərər vura" sözləri ilə əvəz edilsin.
2. 5.1-ci bəndin birinci abzasında "əmlakı" sözü "dövlətin əmlak maraqları" sözləri ilə əvəz edilsin və ikinci abzasının ikinci cümləsindən "təsərrüfat subyektinin vəsaiti hesabına" sözləri çıxarılsın.
3. 7-ci hissəyə "Qanununa" sözündən sonra ", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri əlavə edilsin.
4. 9-cu hissə ləğv edilsin.
5. 10-cu hissənin altıncı abzasında "vermək" sözü "verilməsi" sözü ilə əvəz edilsin.
6. 11-ci hissə aşağıdakı redaksiyada verilsin:
"11. Dövlət nəzarətinin nəticələri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir. Dövlət nəzarət aktı, arayış və inzibati protokol, qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq iradnamələr, tələbnamələr və göstərişlər inzibati qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənədlərdir.".
7. 12-ci hissədə "vəzifəli şəxs" sözləri "orqan" sözü ilə əvəz edilsin.
8. 18-ci hissənin birinci abzasında "orqanlarının vəzifəli şəxsləri" sözləri "orqanları" sözü ilə və ikinci abzasında "və" sözü (ikinci halda) ", dövlət nəzarətini həyata keçirən orqanlar" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
1 августа 2014, 10:086 октября 2017, 09:10
О мерах по строительству здания новой общеобразовательной школы в поселке Лагич Исмаиллинского района подробно...
9 октября 2017, 09:10
О мерах по продолжению государственной поддержки развитию шелководства подробно...
9 октября 2017, 09:10
О мерах по строительству автомобильной дороги Быгыр-Джиргурд-Шекер-Вейсалли-Алыкенд-Мырты Гейчайского района подробно...
6 октября 2017, 09:10
О мерах по газификации поселка Лагич Исмаиллинского района подробно...
6 октября 2017, 09:10
О назначении Х.З.Ибрагима чрезвычайным и полномочным послом Азербайджанской Республики в Турецкой Республике подробно...
6 октября 2017, 09:10
О мерах по строительству автомобильной дороги Демирчи-Лагич, соединяющей село Демирчи Шамахинского района с поселком Лагич Исмаиллинского района подробно...
5 октября 2017, 09:10
О награждении Д.А. Афанасьева медалью «Терегги» подробно...
5 октября 2017, 09:10
О награждении О.А.Полумордвинова медалью «Терегги» подробно...
5 октября 2017, 09:10
О дополнительных мерах в связи с капитальным ремонтом многоквартирных зданий и продолжением работ по благоустройству и созиданию в городе Шамаха подробно...
4 октября 2017, 09:10
О награждении работников образования Азербайджанской Республики медалью «Терегги» подробно...