Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336; № 12 (I kitab), maddələr 1432, 1440, № 4 maddə 306, № 5 maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208; № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89; Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 487-VIQD nömrəli və 26 aprel tarixli 517-VIQD nömrəli qanunları) 391-ci maddəsinin adı və dispozisiyası aşağıdakı redaksiyada verilsin:

“Maddə 391. Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması

391.1. Milli arxiv fondu sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni:

391.1.1. arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarının pozulmasına;

391.1.2. Milli arxiv fondunun mühafizəsi qaydalarının, habelə arxiv fondu sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilməsinin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərinin pozulmasına;

391.1.3. arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi formasının və müddətinin pozulmasına;

391.1.4. Milli arxiv fondu sənədlərindən istifadə qaydasının pozulmasına görə –”.

Maddə 2. Keçid müddəa

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 391.1.3-cü və 391.1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi forması və Milli arxiv fondu sənədlərindən istifadə qaydası müəyyən edildikdən sonra yaranır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2022-ci il

18 августа 2022, 16:08

http://www.azertag.az

291—300 из 3607

14 сентября 2021, 17:09

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Р.А.Джалилова с должности заместителя начальника Государственной службы по вопросам имущества при Министерстве экономики Азербайджанской Республики   подробно...

14 сентября 2021, 17:09

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.А.Джалилова главой Исполнительной власти Джалилабадского района   подробно...

14 сентября 2021, 17:09

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Э.Тагиева главой Исполнительной власти Шамкирского района   подробно...

13 сентября 2021, 20:09

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Агстафинском и Газахском районах оросительной водой и удовлетворению потребностей населения в питьевой воде   подробно...

13 сентября 2021, 20:09

Распоряжение Президента Азербайджанской Республики О награждении Фредерика Стара орденом «Достлуг»   подробно...

10 сентября 2021, 20:09

Распоряжение Президента Азербайджанской Республики О награждении А.Санджара «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

10 сентября 2021, 20:09

Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летнего юбилея Микаила Абдуллаева   подробно...

9 сентября 2021, 19:09

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Бинагадинского района города Баку   подробно...

7 сентября 2021, 20:09

Распоряжение Президента Азербайджанской Республики О назначении Ф.Ф.Гайыбова министром молодежи и спорта Азербайджанской Республики   подробно...

6 сентября 2021, 17:09

Распоряжение Президент Азербайджанской Республики О награждении членов Национальной паралимпийской команды Азербайджана   подробно...