“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanını “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli 99 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 381; 2003, № 9, maddə 478) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsində və 3-cü maddəsinin 2-ci hissəsinin birinci bəndində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Qanunun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində və 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2014-cü il.
25 июля 2014, 09:072 августа 2017, 09:08
О назначении В.Р.Абдуллаева заместителем исполнительного директора Фонда страхования вкладов подробно...
1 августа 2017, 09:08
О награждении X.И. Шихсаидова орденом «Dostluq» («Дружба») подробно...
1 августа 2017, 09:08
О присвоении почетных званий деятелям кино Азербайджана подробно...
1 августа 2017, 09:08
О проведении 75-летнего юбилея Муслима Магомаева подробно...
1 августа 2017, 09:08
О награждении Ч.А.Ганизаде орденом «Шохрат» подробно...
31 июля 2017, 10:07
О мерах по строительству автомобильной дороги Уджар-Герайбейли-Растаджа Уджарского района подробно...
27 июля 2017, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Ени Дашкенд-Умудалылар Бардинского района подробно...
27 июля 2017, 09:07
О награждении А.И.Годжаева орденом «За службу Отечеству» 2-й степени подробно...
26 июля 2017, 09:07
О создании Гаджигабульского промышленного квартала подробно...
25 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Зиря-Тюркан Хазарского района города Баку подробно...