Azərbaycan Respublikası Prezidentinin “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 2017-ci il 28 aprel tarixli 1349 nömrəli, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 18 may tarixli 1415 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 may tarixli 72 nömrəli və “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 563; 2019, № 6, maddə 1038) 2.4-cü bəndində, 4-cü və 6-cı hissələrində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

2. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 may tarixli 1415 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 819; 2019, № 3, maddə 408; 2021, № 12, maddə 1373) 2.2-ci bəndində “Qanunun” sözündən sonra “9-cu maddəsinin 3-cü, 11-ci maddəsinin 4-cü hissələrində və” sözləri əlavə edilsin və həmin bənddə “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilsin.

3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1516; 2018, № 12 (I kitab), maddə 2579; 2019, № 6, maddə 1038, № 7, maddə 1217, № 12, maddə 1922; 2020, № 5, maddə 561, № 7, maddə 861, № 9, maddə 1143, № 11, maddə 1348; 2021, № 3, maddə 219) 2.12-ci bəndində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1645; 2019, № 6, maddə 1031; 2021, № 1, maddə 44) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın 1.2.4-cü, 1.2.8-ci yarımbəndlərində və 2.10-cu bəndində “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “www.azexport.az” internet portalı haqqında Əsasnamə” üzrə:

4.2.1. 1.3.9-cu yarımbənddə “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin;

4.2.2. 4.2.2-ci yarımbəndə aşağıdakı məzmunda 4-cü və 5-ci abzaslar əlavə edilsin:

“4. fiziki və hüquqi şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə məlumatlar;

5. “ASAN imza” sertifikatının verilməsi;”;

4.2.3. 4.2.9-cu yarımbənd ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2020; 2018, № 5, maddə 896; 2020, № 4, maddə 405, № 9, maddə 1152, № 12 (I kitab), maddə 1460) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-17-ci yarımbəndində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

6. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 180; 2019, № 6, maddə 1033; 2020, № 11, maddə 1348) 2.6-cı bəndində “Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə və “Vergilər Nazirliyi” sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 940, № 12 (I kitab), maddə 2556; 2019, № 5, maddə 834) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”na 1 nömrəli əlavə – “Dövlət büdcəsinin gəlirlərinin icrası barədə məlumat (gəlir inzibatçıları üzrə əvvəlki dövrlə müqayisə)”nin “Büdcə daxilolmalarını təmin edən orqanlar” sütununun 1-ci hissəsində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz olunsun və 3-cü hissəsi ləğv edilsin.

8. “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1491; 2021, № 5, maddə 456) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 6-cı hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin;

8.2. 8.2-ci və 8.3-cü bəndlər ləğv edilsin;

8.3. aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilsin:

“8-1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

8-1.1. yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin etsin;

8-1.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirsin.”;

8.4. 9.1-ci bənddə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

8.5. 10-cu hissədə “Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 avqust 2022-ci il

3 августа 2022, 16:08

http://www.azertag.az

21—30 из 3607

15 февраля 2023, 15:02

О назначении Н.К.Алиева ректором Азербайджанской академии художеств   подробно...

15 февраля 2023, 07:02

Распоряжение Президента Азербайджанской Республики О назначении Ш.С.Багирова председателем Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

15 февраля 2023, 07:02

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Ш.С.Багирова от должности первого заместителя председателя Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

13 февраля 2023, 11:02

Распоряжение Президента Азербайджанской Республики О награждении государственных служащих Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики   подробно...

11 февраля 2023, 11:02

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по обеспечению деятельности Алятской свободной экономической зоны   подробно...

11 февраля 2023, 11:02

Распоряжение Президента Азербайджанской Республики Об индексации трудовых пенсий   подробно...

9 февраля 2023, 15:02

Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой поддержки Общественной телерадиовещательной компании Азербайджанской Республики   подробно...

9 февраля 2023, 15:02

Распоряжение Президента Азербайджанской Республики О награждении А.Я.Шаровского «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

9 февраля 2023, 08:02

Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой помощи религиозным образованиям в Азербайджане   подробно...

8 февраля 2023, 08:02

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Конфедерации профсоюзов Азербайджана   подробно...