Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015–2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli 2760 nömrəli, “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 iyun tarixli 260 nömrəli, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1532; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2021, № 6 (I kitab), maddə 607; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3288 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015–2020-ci illər üçün Strategiya”nın “9.5. Monitorinq və qiymətləndirmə sisteminin yaradılması” bəndinin 9.5.2-ci yarımbəndinin “İcraçılar” sütunundan “Vergilər Nazirliyi,” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 448, № 4, maddə 604; 2018, № 2, maddə 245) 1-ci hissəsindən “Azərbaycan Respublikasının vergilər naziri” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 iyun tarixli 260 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1342) ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 3.2-ci bəndinin “İcraçılar” sütununda “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2367; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3291 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 6.1.9-cu yarımbəndinin “İcraçı orqanlar” sütununda “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 195; 2005, № 11, maddə 1049; 2009, № 9, maddə 713; 2013, № 7, maddə 822; 2015, № 2, maddə 146; 2016, № 4, maddə 711, № 10, maddə 1653; 2017, № 2, maddə 213; 2018, № 11, maddə 2362) ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 avqust 2022-ci il

3 августа 2022, 14:08

http://www.azertag.az

2991—3000 из 3607

30 сентября 2014, 13:09

Парламент Азербайджана наметил план законодательной работы на осеннюю сессию   подробно...

29 сентября 2014, 13:09

Окончательный вариант Плана регионального развития Большого Баку будет представлен в Кабинет министров   подробно...

26 сентября 2014, 15:09

Утверждён список документов для получения разрешения на эксплуатацию объектов строительства   подробно...

26 сентября 2014, 15:09

В Азербайджане утверждены условия получения дополнительного разрешения на строительство   подробно...

26 сентября 2014, 09:09

Азербайджан примет закон о кулинарной культуре   подробно...

25 сентября 2014, 09:09

О дополнительных мерах по ускорению социально-экономического развития Габалинского района   подробно...

25 сентября 2014, 09:09

О некоторых мерах безопасности на линии соприкосновения Вооруженных сил Азербайджанской Республики с Вооруженными силами Республики Армения   подробно...

24 сентября 2014, 16:09

Министерство труда не видит ущемления бизнеса от электронной регистрации контрактов, Министерство налогов считает иначе   подробно...

24 сентября 2014, 15:09

Министерство образования будет готовить менторов по чтению   подробно...

24 сентября 2014, 09:09

О дополнительных мерах по ускорению социально-экономического развития Исмаиллинского района   подробно...