Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə”də, 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda və 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 525-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1242; 2009, № 2, maddə 66, № 12, maddə 996; 2013, № 9, maddə 1062; 2016, № 5, maddə 853; 2019, № 11, maddə 1722; 2021, № 8, maddə 982) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə”nin 10.1-ci bəndində “tibbi-sanitar yardım” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847, № 12, maddə 1936; 2020, № 7, maddə 895, № 8, maddə 1036; 2021, № 6 (I kitab), maddə 566) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2.8.13-cü yarımbəndində “tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə” sözləri “sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; 2021, № 3, maddə 225, № 5, maddə 452, № 6 (I kitab), maddə 572, № 9, maddə 989, № 10, maddə 1103; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 1694 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.66-cı və 7.3.25.13-cü yarımbəndlərinin “Tədbirin adı” sütununda “əhalinin sosial müdafiəsi” sözləri “sosial xidmət” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2022-ci il
13 июня 2022, 16:0626 июля 2016, 10:07
О награждении орденом «Шохрат» М.И.Евдаева подробно...
26 июля 2016, 10:07
О дополнительных мерах по строительству автомобильной дороги Биринджи Шахсевен - Ахмедли - Дуньямалылар Бейляганского района подробно...
25 июля 2016, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Карабах- Беюк Бахманли - Араятлы- Мирзанагылы Физулинского района подробно...
25 июля 2016, 09:07
О мерах по строительству автомобильной дороги магистраль Баку-Сумгайыт- поселок Бинагади подробно...
22 июля 2016, 09:07
О дополнительных мерах, связанных с продолжением строительства жилого здания для работников печати подробно...
22 июля 2016, 09:07
О выделении единовременной финансовой помощи издающимся в Азербайджанской Республике газетам подробно...
21 июля 2016, 09:07
Об утверждении Протокола между Правительством Азербайджанской Республики и Правительством Турецкой Республики о выделении в пользование личного состава Вооруженных сил Турции здания и строений в военном городке «Гызыл Шарг», здания терминала, расположенного на аэродроме в поселке Гаджи Зейналабдин подробно...
21 июля 2016, 09:07
О присвоении М.Дж.Мурадову почетного звания «Заслуженный юрист» подробно...
21 июля 2016, 09:07
О дополнительных мерах по улучшению жилищно-бытовых условий семей вынужденных переселенцев подробно...
19 июля 2016, 09:07
О назначении Н.А.Гулиева генеральным консулом Азербайджанской Республики в городе Карс Турецкой Республики подробно...