“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 535-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 535-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; 2019, № 3, maddə 403, № 5, maddə 848, № 11, maddə 1718; 2020, № 7, maddələr 868, 895, № 9, maddə 1139, № 12 (I kitab), maddə 1469; 2021, № 2, maddə 124; № 12, maddə 1365; 2022, № 2, maddə 103) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.16-cı bənddə “ümumtəhsil internat məktəbləri” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi” sözləri ilə və “inteqrasiya təlimli internat tipli təhsil müəssisələri” sözləri “inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 8.36-1-ci və 8.36-2-ci bəndlər əlavə edilsin:

“8.36-1. təhsilverənlərin etik davranış qaydalarını təsdiq edir;

8.36-2. müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq edir;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039; № 10, maddə 1247; 2021, № 1, maddələr 16, 36, № 6 (I kitab), maddə 567, № 11, maddə 1211, № 12, maddə 1367; 2022, № 1, maddə 29; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 aprel tarixli 1641 nömrəli, 13 aprel tarixli 1662 nömrəli və 31 may tarixli 1707 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.6.15-ci yarımbəndində “ümumtəhsil internat” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil” sözləri ilə, “təhsil müəssisələrinə” sözləri “ümumtəhsil məktəblərinə” sözləri ilə və “xüsusi məktəblər və internat məktəblərinə” sözləri “xüsusi ümumtəhsil məktəblərinə və internat tipli xüsusi ümumtəhsil məktəblərinə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 535-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2022-ci il

8 июня 2022, 19:06

http://www.azertag.az

3531—3540 из 3607

6 февраля 2014, 16:02

Всеобщее декларирование налогов Азербайджан введёт с 2020 года   подробно...

6 февраля 2014, 14:02

Министерство налогов Азербайджана вводит online-канцелярии муниципалитетов   подробно...

4 февраля 2014, 10:02

Распоряжение Президента Азербайджанской Республики О проведении 220-летнего юбилея Мирзы Шафи Вазеха   подробно...

4 февраля 2014, 10:02

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

4 февраля 2014, 10:02

Распоряжение Президента Азербайджанской Республики Об индексации страховой части трудовых пенсий   подробно...

4 февраля 2014, 10:02

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий сотрудникам Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

4 февраля 2014, 10:02

Распоряжение Президента Азербайджанской Республики О присвоении М.Д.Ахмедову почетного звания «Заслуженный государственный служащий»   подробно...

4 февраля 2014, 10:02

Распоряжение Президента Азербайджанской Республики О присвоении высших специальных званий сотрудникам Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

4 февраля 2014, 10:02

Распоряжение Президента Азербайджанской Республики О предоставлении Президентских премий для молодежи за 2014 год   подробно...

3 февраля 2014, 16:02

Коммунальные функции и прямые выборы глав предложены для муниципалитетов в Азербайджане   подробно...