Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 236
Bakı şəhəri, 16 iyul 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 114; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2007, № 4, maddə 390) ilə təsdiq edilmiş "Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"na aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
"4-1. Sahibkarlıq subyektlərində dövlət nəzarəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
24 июля 2014, 14:07
26 мая 2014, 10:05
О присвоении А.Г.Керимову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса подробно...
26 мая 2014, 10:05
О назначении А.Г.Керимова постоянным представителем Азербайджанской Республики при ЮНЕСКО подробно...
23 мая 2014, 13:05
Об исполнении бюджета Государственного нефтяного фонда Азербайджанской Республики на 2013 год подробно...
22 мая 2014, 11:05
Счётная палата проконтролирует мероприятия по защите окружающей среды подробно...
22 мая 2014, 11:05
Допуск к государственной тайне уточняет Азербайджан подробно...
21 мая 2014, 12:05
Фондовые регуляторы Азербайджана и Польши заключили соглашение о сотрудничестве подробно...
20 мая 2014, 17:05
Министерство туризма готовит новый закон «О туризме» подробно...
20 мая 2014, 13:05
Клятва учителя впервые введена в Азербайджане подробно...
20 мая 2014, 13:05
В Азербайджане учителям официально запретили брать подарки и деньги за оказанные образовательные услуги подробно...
19 мая 2014, 16:05
Монетарная инфляция третий месяц ниже потребительской инфляции в Азербайджане подробно...