Azərbaycan Respublikası Prezidentinin “2012-ci il noyabrın 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları üzrə Əməkdaşlıq Memorandumu”nun təsdiq edilməsi haqqında” 2012-ci il 19 dekabr tarixli 786 nömrəli, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” 2013-cü il 5 fevral tarixli 813 nömrəli, “2013-cü il fevralın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 7 mart tarixli 843 nömrəli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 583-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 18 mart tarixli 850 nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il 4 iyul tarixli 936 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “2012-ci il noyabrın 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları üzrə Əməkdaşlıq Memorandumu”nun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 786 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1260; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 107; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521, № 11, maddə 1994) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin 1.3-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. “2013-cü il fevralın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 843 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 245; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 583-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 mart tarixli 850 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 252; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 4-cü hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

5. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801; 2016, № 2

(II kitab), maddə 260, № 6, maddə 1022; 2017, № 8, maddə 1521; 2022, № 1, maddə 19) 3.6-cı bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2022-ci il

2 июня 2022, 14:06

http://www.azertag.az

1941—1950 из 3607

13 февраля 2017, 09:02

О некоторых вопросах, связанных с деятельностью Государственного экзаменационного центра Азербайджанской Республики   подробно...

13 февраля 2017, 09:02

О назначении членов Национального совета телевидения и радио Азербайджанской Республики   подробно...

13 февраля 2017, 09:02

О награждении В.Д.Байрамова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

10 февраля 2017, 09:02

О внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «О Государственной комиссии по делимитации и демаркации государственной границы между Азербайджанской Республикой и Грузией» от 30 июня 2002 года номер 966   подробно...

10 февраля 2017, 09:02

О внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «О Государственной комиссии по демаркации государственной границы между Азербайджанской Республикой и Российской Федерацией» от 30 июня 2002 года номер 965   подробно...

10 февраля 2017, 09:02

О награждении группы военнослужащих Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики медалью «За военные заслуги»   подробно...

8 февраля 2017, 09:02

О проведении 100-летнего юбилея Джовдета Гаджиева   подробно...

8 февраля 2017, 09:02

О проведении 110-летнего юбилея академика Гасана Алиева   подробно...

8 февраля 2017, 09:02

О проведении 100-летнего юбилея Тофика Кулиева   подробно...

8 февраля 2017, 09:02

О присвоении Ч.С.Гурбанову звания «Национальный герой Азербайджана»   подробно...