“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 602; 2009, № 2, maddə 74, № 6, maddə 424; 2012, № 2, maddə 137; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1590; 2018, № 8, maddə 1677; 2020, № 3, maddə 265) 1-ci hissəsində “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri” sözləri “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilsin və həmin hissəyə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözlərindən sonra “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” sözləri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözlərindən sonra “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Gürcüstan tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 aprel 2022-ci il
12 апреля 2022, 18:0417 июля 2014, 09:07
О проведении 100-летнего юбилея академика Валиды Тутаюг подробно...
17 июля 2014, 09:07
О награждении Р.Г.Алиева орденом «Истиглал» подробно...
17 июля 2014, 09:07
О мерах по усовершенствованию выездных услуг, оказываемых Государственным агентством по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики подробно...
17 июля 2014, 09:07
О награждении Т.М.Зейналова орденом «Шохрат» подробно...
16 июля 2014, 17:07
Президент Алиев открыл первую солнечную электростанцию в Азербайджане подробно...
16 июля 2014, 12:07
С 1 ноября Азербайджан вводит таможенное декларирование при экспорте товаров подробно...
15 июля 2014, 17:07
«Бакинский метрополитен» получил уставный капитал в 1,77 млрд. манатов подробно...
15 июля 2014, 15:07
В Азербайджане подготовлены Национальные квалификационные рамки подробно...
15 июля 2014, 13:07
Азербайджан усовершенствует систему прогнозирования рынка труда подробно...
14 июля 2014, 15:07
Правительство Азербайджана, BP и SOCAR готовят план действий по развитию рынка труда подробно...